Siyası Online Qəzet

Türkiyənin Azərbaycandakı səfirliyində millət vəkilləri ilə görüş təşkil olunub

İyun ayının 4-də Türkiyənin Azərbaycandakı səfirliyində “Dünya səhər yeməyi günü” çərçivəsində Azərbaycanın xanım millət vəkilləri ilə görüş təşkil olunub. Görüşdə millət vəkili Tamam Cəfərova da iştirak edib. Görüş Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və xanımı Leyla Bağçının dəvəti ilə baş tutub.

Səhər yeməyində hər iki ölkəni maraqlandıran mövzular müzakirə edilib.
Onu da qeyd edək ki, iki il əvvəl UNESCO tərəfindən qəbul edilən “Dünya səhər yeməyi günü” iyun ayının ilk həftəsinin bazar günü qeyd edilir.