“Azərbaycan-İsrail münasibətləri yüksələn xətlə inkişaf etməkdədir”
“İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrinin inkişafına təkan verəcək”. Bu fikirləri saytımıza Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova bildirib.
Səadət Məhərrəmova deyib ki, iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf etməkdədir: “Prezidenti İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi bu səfər bizim ikitərəfli əlaqələrimizi gücləndirəcək: “Aramızda çox fəal siyasi dialoq var və biz cənab Prezidentlə telefonla əlaqə saxlayırıq. İndi isə, əlbəttə ki, rəsmi səfər zamanı bizim ikitərəfli gündəliyimizdə duran önəmli məsələləri müzakirə etmək üçün daha çox imkanımız var. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq”. Ölkələrimiz arasında ildən-ilə ticarət dövriyyəsi artmaqdadır. Məsələn, Azərbaycanla-İsrail arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur. İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun səfəri zamanı imzalanan sənədlər və aparılan müzakirələr növbəti illərdə ticarət dövriyyəsinin şaxələndiriləcəyinə əsas verir. İki ölkə arasında dövlət səviyyəsində bir sıra layihələrin həyata keçirilməsi planlaşdırdırılıb. Birgə layihələrin icrası nəticəsində balanslaşdırılmış ticarət dövriyyəsi hesabına iqtisadi əlaqələr də möhkəmlənəcək. Həmçinin enerji və müdafiə sənayəsi sahələrində də əməkdaşlığın genişləndirilməsi məsələsi diqqət çəkir. Qarşıdakı illərdə iki ölkənin qarşılıqlı turist axını səviyyəsinin artacağı gölənilir. Çünki Prezidentlər arasında aparılan müzakirələrə görə aviauçuşların da sayı artırılacaq”.