Siyası Online Qəzet

Samuxda  fermerlərlə növbəti görüş keçirilib  

Samux rayonunun  Füzuli və  Hacallı  kəndlərində  yaşayan fermerlərin və torpaq  istifadəçiləri ilə görüş keçirilib. Görüşdə  Samux Dövlət Aqrar İnkişaf  Mərkəzinin  direktoru Azər Hacıyev, Samux  rayon İcra  Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş  şöbəsinin  müdiri Rövşən Qurbanov, Heyvan Sağlamlığı və  Baytarlıq Xidməti idarəsinin, Bitki Mühafizəsi  və  Fumiqasiya  Mərkəzinin, Sudan İstifadəedənlər Birliyinin, Labaratoriya Ekspertiza Sertifikatlaşdırma  Mərkəzinin, Texniki Nəzarətin Təşkili üzrə rəhbərləri və digər məsul şəxslər iştirak ediblər.

Görüşdə fermer və torpaq istifadəçilərinin problemlərinin  dinlənilib, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemin”də  torpaq sənədlərin bəyan edilməsi qaydaları və subsidiya  almaq üçün sənədlərin düzgün qeydiyyata alınması, “Aqrar  Subsidiya  Şurası”nın qərarları,  bitki mühafizə tədbirləri,  baytarlıq sahəsində epizootik tədbirlərin aparılması,  lizinq vasitəsilə  kənd təsərrüfatı  texnikalarının, suvarma sistemlərinin və mal qara alınması, kənd təsərrüfatı texnikalarının texniki baxışdan keçirilməsi,  kənd təsərrüfatı texnikalarının saxlanması, sürücülük vəsiqələrinin verilməsi qaydaları, əkin  sahələrindən  aqrokimyəvi  analizlərin  götürülməsi,  toxum sortları və digər işlər barədə onlara məlumatlar verilib.

Tədbirdə fermerlərin müraciətləri dinlənilib, onlara müvafiq izahatlar verilib və  fermerlərə məlumatlandırıcı bukletlər  paylanılıb.