Samuxda fermerlərlə növbəti görüş keçirilib
Samux rayonunun Füzuli və Hacallı kəndlərində yaşayan fermerlərin və torpaq istifadəçiləri ilə görüş keçirilib. Görüşdə Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Hacıyev, Samux rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rövşən Qurbanov, Heyvan Sağlamlığı və Baytarlıq Xidməti idarəsinin, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin, Sudan İstifadəedənlər Birliyinin, Labaratoriya Ekspertiza Sertifikatlaşdırma Mərkəzinin, Texniki Nəzarətin Təşkili üzrə rəhbərləri və digər məsul şəxslər iştirak ediblər.
Görüşdə fermer və torpaq istifadəçilərinin problemlərinin dinlənilib, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemin”də torpaq sənədlərin bəyan edilməsi qaydaları və subsidiya almaq üçün sənədlərin düzgün qeydiyyata alınması, “Aqrar Subsidiya Şurası”nın qərarları, bitki mühafizə tədbirləri, baytarlıq sahəsində epizootik tədbirlərin aparılması, lizinq vasitəsilə kənd təsərrüfatı texnikalarının, suvarma sistemlərinin və mal qara alınması, kənd təsərrüfatı texnikalarının texniki baxışdan keçirilməsi, kənd təsərrüfatı texnikalarının saxlanması, sürücülük vəsiqələrinin verilməsi qaydaları, əkin sahələrindən aqrokimyəvi analizlərin götürülməsi, toxum sortları və digər işlər barədə onlara məlumatlar verilib.
Tədbirdə fermerlərin müraciətləri dinlənilib, onlara müvafiq izahatlar verilib və fermerlərə məlumatlandırıcı bukletlər paylanılıb.