Siyası Online Qəzet

‘Laçın yolunun Ermənistanla sərhəd hissəsində Nəzarət Buraxılış Məntəqəsinin qurulması Ali baş komandanın qətiyyətinin nəticəsidir”

 

“Azərbaycan hərb meydanında qazandığı qələbəni addım-addım möhkəmləndirir”

Bu fikri www.yap.org.az saytına açıqlamasında YAP İdarə Heyətinin üzvü, politoloq AsifƏsgərli deyib.

Asif Əsgərli bildirib ki, aprelin 23-də Ermənistanla sərhəddə Laçın yolu üzərində Azərbaycan dövlət sərhəd xidmətinin nəzarət buraxılış məntəqəsinin qurulması labüd idi. Ermənistanın apardığı siyasət ,Qarabağda separatçı ünsürlərin bölgədə xaos yaratmaq istəyən dövlətlərin çirkin niyyətlərinə alət olmaqda davam etməsi, yeni müharibəni alovlandırmaq cəhdi belə bir qətiyyətli addımın atılmasını tezləşdirmiş oldu.

YAP İdarə Heyətinin üzvü Asif Əsgərlinin fikrincə 10 noyabr Üçtərəfli bəyyannaməsini Ermənistan baş naziri Nikol Paşinyan imzalasada sonradan bu birgə anlaşmanın bir neçə müddəaların yerinə yetirilməsi qonşu ölkə tərəfdən nəinki təmin edilməyib, açıq aşkar və kobud şəkildə pozulmaqda idi. Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri tərki-silah olunub, Azərbaycan ərazisindən çıxarılmalı olduğu halda həmişəki kimi Qarabağ separatçıları və Rusiya sülhməramlılarının himayəsi altında fəaliyyətlərini davam etdiriblər. Əksinə, Ermənistan məğlubiyyətini qəbul edib, yeni faciələrə son qoymaq əvəzinə özünün sərsəm və separatçı təxüyyülünə sadiqliyini nümayiş etdirib.
44 günlük dəhşətli müharibədən sonra 2022-ci ilin sentyabrında Kəlbəcər istiqamətində, 2023-cü ilin aprelində Laçınla həmsərhəd istiqamətdə ciddi toqquşmalar qeydə alınıb. Bununlada Ermənistan sülh razılaşmalarına ağır zərbələr vurmuş olub. Bu müddətdə Qarabağa qanunsuz daşınan minaların partlaması ilə 50-yə yaxın Azərbaycan hərbçisi və mülki şəxsi həlak olmuş, 100-lə şəxs yaralanmışdır.
Qarabağ iqtisadi regionu ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarət ərazisində də qanunsuz erməni silahlı qüvvələrinin döyüş mövqeləri yaratmağa cəhd etməsi, hər gün qanunsuz yolla hərbi təyinatlı yüklərin daşınması Ermənistanda və Qarabağda erməni separatçılarının sülhdən uzaq olduğunu göstərirdi.
Möhtərəm Prezidentimiz İlham Əliyevin son bəyanatında Qarabağda yaşayan ermənilərin ya rəsmi Bakıya tabe olub birgə dinc yaşamalı olduğunu, ya da tarixi torpaqlarımızı tərk etmələri qətiyyətli şəkildə ifadə edib. Bu gün atılan addımda həmişə sözünü zamanında deyən qətiyyətli Ali baş komandanımız İlham Əliyevin növbəti qələbəsidir ki, xalqımıza hədiyyə edib.