Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan karate turniri keçirilib
Aprelin 14-16-da Hövsanda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Grand winner” karate turniri keçirilib. Azərbaycan Milli Karate Federasiyası (AMKF) tərəfindən təşkil edilən yarışa başlamamışdan öncə nitqlər söylənilib. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğısından danışılıb.
Daha sonra yarışlara strat verilib. Karate turnirində ölkənin müxtəlif klublarını təmsil edən uşaq və yeniyetmələr güclərini sınayıblar. Qaliblərə fəxri diplom və medalar təqdim edilib.
Qeyd edək ki, turnirdə Rəfael Ağayevin Qara Brilliant klubunun idmançıları da çıxış ediblər. “Qara Brilliant”ın idmançılarını baş məşqçi Pərviz Quliyev və məşqçi Orxan Heydərli müşaiyət ediblər.
Onu da deyək ki, “Qara Brillant” klubu bu yarışda 26 qızıl, 9 gümüş, 8 bürünc medal qazanaraq 1-ci yerə çıxıb. Yeri gəlmişkən, klubun yetirmələrindən olan Nuray İbadova yarışda I, onun qardaşı Mayıl İbadov isə II yerə çıxıb.