Siyası Online Qəzet

QHT sədri haqqında “Bir ömrün memuarı” adlı film çəkilib

Bugun.tv xəbər verir ki, Vətəndaş Cəmiyyəti Naminə Marifləndirmə İctimai Birliyinin sədri Fizuli Kərimovun 65 illik yubileyi münasibəti ilə “Bir ömrün memuarı” adlı film çəkilib. Filmdə ölkənin tanınmış ictimai xadimləri Fizuli Kərimovla bağlı fikir və xatirələrini bölüşüblər.
Xatırladaq ki, Kərimov Fizuli Şamil oğlu 1958-ci ildə İsmaylllı rayonunun İvanovka kəndində anadan olub. 1960-cı ildə ailəlikcə Gədəbəy rayonuna köçüblər. 1974-cü ildə Gədəbəydə orta məktəbi bitirib. İndiki Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil alıb. 1977-79-cu illərdə Sovet ordusunda hərbi xidmətdə olub.
Fizuli Kərimov uzun illər dövlət qurumlarında, yəni Dövlət Aqrar Sənaye Komitəsində və Səhiyyə nazirliyində aparıcı mütəxəssis, Respublika Ailə Sağlamlıq Mərkəzi və AMEA İnsan Hüquqarı İnstitutunda müavin vəzifələrində çalışıb. Hal-hazırda Vətəndaş Cəmiyyəti Naminə Marifləndirmə İctimai Birliyinin sədri olaraq QHT sektorunda fəallıq göstərir. Bu vaxta kimi 5 layihə həyata keçirib. Mütəmadi olaraq mediada ictimai-siyasi proseslərə münasibət bildirir.
Ailəlidir, 2 övladı, 3 nəvəsi var.