Siyası Online Qəzet

Millət vəkili Tamam Cəfərova Şamaxıda Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət edib

Millət vəkili Tamam Cəfərova Aprel döyüşlərinin 7-ci ildönümü ilə əlaqədar Şamaxıda Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət etdi.
Millət vəkili ilk olaraq Aprel döyüşləri qəhrəmanı Samir Kaçayevin məzarını ziyarət etdi, sonra isə Çuxuryurd kəndinə gedib onun ailə üzvləri ilə görüşdü. Deputat şəhidin ailə üzvləri ilə söhbət edib, onlara başsağlığı verib və qayğıları ilə maraqlanıb.
2016-cı ilin Aprel döyüşləri zamanı #şəhid olan Samir Kaçayev qəhrəmanlığı ilə xalqımızın yaddaşına həkk olunmaqla yanaşı, həm də özündən sonra bir irs qoydu. O, gənc heykəltəraş kimi müdriklərin düşüncəsində, eyni zamanda heykəltəraşlıq sənətində bir iz saldı. İnsanın iç dünyası ilə ətraf aləm arasında bir sinxronluq axtaran Samir qranitin, mərmərin, tüncün dili ilə danışmağa, düşüncələrini nəql etməyə çalışırdı. Qəhrəmanımız təkcə özünün döyüş yolu ilə seçilmədi, həm də sənəti, sənətkarlığı ilə seçilmişdir. O, ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
Daha sonra millət vəkili Tamam Cəfərova Aprel döyüşləri şəhidi Zəkərəyev Nazim Nadir oğlunun və Səmədov Elşən Səlim oğlunun da ailələlərini ziyarət edib.


Onu da xatırladaq ki, nur üzlü şəhidlərimiz Zəkərəyev Nazim Nadir oğlu və Səmədov Elşən Səlim oğlu 2016-cı il aprelin əvvəlində cəbhənin Tərtər-Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.Zəkərəyev Nazim Nadir oğlunun və Səmədov Elşən Səlim oğlunun layiq görüldükləri “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ailələrinə təqdim olunub.

Allah şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.