Siyası Online Qəzet

Rusiyanın Milli İşlər üzrə Federal Agentliyi tərəfindən soydaşlarımız təltif olunublar

Martın 21-də Moskvada Rusiya Xalqları Evində Rusiya Xalqları Evinin direktoru, Rusiya Prezidenti Vladimir Putin yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Anna Andreevna Polezjayeva ilə görüş keçirilib. Rusiyanın müxtəlif regionlarından olan Azərbaycan ictimai təşkilatı rəhbərlərinə Milli İşlər üzrə Federal Agentliyin rəhbəri Barinov İqor Vyaçeslavoviçin adından Təşəkkürnamələr təqdim olunub.

“Milli mədəniyyətin qorunub saxlanması, artırılması və populyarlaşdırılması istiqamətində uzun illər səmərəli ictimai işlərə, millətlərarası münasibətlərin uzlaşdırılmasına və dövlətin milli siyasətinin həyata keçirilməsinə yönəlmiş mədəni-maarif, ekoloji və xeyriyyə layihələrinin həyata keçirilməsinə görə Sizə səmimi minnətdarlığımı bildirirəm”, – deyə Təşəkkürnamədə qeyd olunub.

Səmimi qəbula və işlərinə verilən yüksək qiymətə görə diaspor üzvləri Anna Andreevnaya təşəkkür ediblər.

Qeyd edək ki, təltif olunan soydaşlarımız aşağıdakılardır: Qasım Kərimov, Ramil Əliyev, Məhəmməd Əhmədov, Yaşar Məsimov, Osman Alıyev, Uğur Əfəndiyev və Əbülfət Qurbanov.