Siyası Online Qəzet

ABŞ-nin ən nüfuzlu müəllim inkişaf mərkəzinə qəbul olan ilk azərbaycanlı

Azərbaycanlı mütəxəssis Tural Abbasov ABŞ-ın Kolumbiya Universitetinin (Columbia University) Özəl Məktəblərdə Liderlik (Private School Leadership) magistr proqramına qəbul olub.

“Qafqazinfo” xəbər verir ki, proqram məhz özəl və beynəlxalq məktəblər üçün idarəçilər yetişdirir. Dünyanın ən qədim müəllim inkişaf mərkəzi özəl məktəblərin idarə olunması üzrə dünyada nadir təhsil imkanı yaradır.

Məlumat üçün bildirək ki, biznesin idarə edilməsi üzrə mütəxəssis olan Tural Abbasov həmin proqrama qəbul olan ilk həmyerlimizdir.

Azərbaycanda beynəlxalq layihələrin idarə edilməsi sahəsində 17 ilə yaxın təcrübəyə malik olan Tural Abbasov ölkənin bir çox təhsil təşkilatlarında çalışıb. O, beynəlxalq layihələr və özəl sektorda xarici mütəxəssislər ilə birgə fəaliyyət göstərib. Beynəlxalq məktəblərdə idarəetmə və modelləşdirmə, korporativ fandreyzinq, icma inkişafı üzrə təcrübəyə malikdir. Liderlik və kouçinq, beynəlxalq məktəblərdə maliyyə idarəçiliyi (London, PTC), storitellinq, biznes psixologiyası (Pearn Kandola, London) üzrə beynəlxalq sertifikatlar əldə edib. Bununla yanaşı, Beynəlxalq Əmək Təşkilatının (ILO) “Öz biznesinə başla və inkişaf etdir” proqramı üzrə potensial master təlimçisidir.  Beynəlxalq məktəblərdə biznesin inkişafı və idarəolunması ilə məşğuldur.