Siyası Online Qəzet

Bu gün Azərbaycanın 3 Milli Qəhrəmanının anım günüdür

Bu gün Azərbaycanın Respublikasının torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş 3 Milli qəhrəmanımız- Mahmudov Ərəstun İsfəndi oğlu, Serqoyin Viktor Vasilyeviç və Axundov Səfa Fatulla oğlunun şəhadətindən 31 il ötdü. Milli Qəhrəmanlar Birliyinin şəhid Milli qəhrəmanlarımızın Şəhidlər xiyabanında yerləşən məzarları üzərində tədbir keçirdi. Həmçinin, tədbirdə birliyin üzvləri, şəhid Milli qəhrəmanların ailə üzvləri və yaxınları iştirak etdi. Şəhidlərimizin ruhuna Quran ayələri oxundu və məzarları üzərinə gül dəstələri düzüldü.

Nərmin Səfərova