”Zəfərin zirvəsi”: Vətən müharibəsindəki qələbəmizin virtual-kreativ salnaməsi” – AGF və YYSİB-nin kreativ layihəsi
Azərbaycan Respublikasının Gənclər Fondunun 16-cı Qrant Müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən üç ay 20 dekabr 2022 – 20 mart 2023-cü il tarixlərində reallaşdırılacaq “Zəfərin zirvəsi”: Vətən müharibəsindəki qələbəmizin virtual-kreativ salnaməsi” layihəsi həyata keçirilməyə başlayıb. “Gənclər arasında milli mənəvi dəyərlərin, ailə dəyərlərinin, əxlaq və etika normalarının təbliği” istiqaməti üzrə keçirilməsinə başlanılan fəliyyətlər haqqında YYSİB sədri, layihə rəhbəri Aydın Xan Əbilov geniş məlumatları media üçün açıqlayıb.
“Zəfərin zirvəsi”: Vətən müharibəsindəki qələbəmizin virtual-kreativ salnaməsi” kulturoloji-innovativ layihəsinin əsas məqsədi, adından da göründüyü kimi, II Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizin İKT alətlərindən, yeni imkanlarından yararlanaraq kreativ innovasiyalar və kulturoloji formatlarda yeni nəsil nümayəndələrinə, indiki və gələcək nəsillərə çatdırmaqdır. Layihə həm real, həm də milli İnternet resurslarını, Qlobal İnformasiya məkanında anadilli kontentlərini zənginləşdirməklə, yazılı və audio-vizual formatlarda yeni məhsullar ortaya qoymaqla, gənclər arasında milli-mənəvi dəyərlərin populyarlaşmasına səbəb olacaq, qazi və şəhid ailələrin nümayəndələrinə sayğı və sevgini yüksəltməyə xidmət edəcək.
Layihənin əsas hədəfi Qarabağda şəhid olmuş iki Lənkəranlı qəhrəman – Kamran Əliyev və Romir Əliyev simasında müharibə iştirakçıları haqqında sənədli film çəkmək, İnternet TV formatında veriliş hazırlamaq, onların geniş yayımı, sosial şəbəkələrdə tanıtımını təşkil etməkdir. Feysbukda ayrıca Virtual Resurs yaratmaq, Vətən müharibəsinə həsr olunmuş müəlliflərin əsərləri, şəhidlər haqqında yazılardan ibarət rəqəmsal kitabların hazırlanması, yayımı, Bakı və Lənkəranda 2 təqdimat mərasiminin təşkili nəzərdə tutulub. Qarabağ müharibəsi/münaqişəsi tarixi, mədəniyyəti, abidələri, savaşları haqqında, eyni zamanda yerli yaradıcı insanlarının əsərlərindən ibarət elektron nəşrlərin hazırlanması, ayrıca mini e-kitabxana bölümünün yaradılması / yayımı, tanıtımının təşkili nəzərdə tutulub.
Layihədə gənclər, eləcə də müxtəlif yaşda, cinsdə, fərqli intellektual səviyyədə olan şəxslər – real olaraq: Bakı şəhərində və Lənkəran rayonunda yaşayanlar, şəhid və qazi ailələrinin nümayəndələri, qazilər, kənd icmasının nümayəndələri, oxucular, İnternet istifadəçiləri, yaradıcı şəxslər, müəlliflər, virtual ədəbiyyatla maraqlanan yeniyetmələr, yaradıcı-kreativ gənclər bəhrələnəcək. Virtual olaraq: İnternet və sosial şəbəkələr vasitəsilə respublikanı, eləcə də dünyada yaşayan yeni nəsil nümayəndələri – xaricdə yaşayan soydaşlarımız, gənclər və tələbələri əhatələnəcəklər. Azərbaycanda və xaricdə yaşayan məktəblilər, yeniyetmələr, gənclər, tədqiqatçılar, xüsusi qayğıya ehtiyacı olan gənclər, yaradıcılıq qabiliyyətlərinin və alternativ – məsafəli təhsil imkanlarının artırılmasına, elektron təhsil vasitəsilə çalışanlar, İnternet istifadəçiləri, kitabxanaçılar, müəllimlər və başqaları yararlana biləcək.
Təklif olunan layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə reallaşdırılacaq. Layihənin təqdimi və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın möhtəşəm qələbəsi, Qarabağdakı Zəfərlə bağlı həqiqətlərin tanıdılması, Lənkəranlı qəhrəmanların igidliyi, əsərlərin geniş yayılmasına səbəb olacaq. İnternet resursları, sosial mediada, ayrıca saytlarda televiziyada və mətbuatda mövzu/layihə haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır. Fəaliyyətlərlə bağlı aparılan işlərin hesabatları həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də qurumun rəsmi saytında yerləşdiriləcək. Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimatına və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycan, Qarabağ və qəhrəmanlar haqqında yaradılan sənət nümunələrinin geniş yayılmasına səbəb olacaq. Televiziya, radio, İnternet və ölkəmizin nüfuzlu mətbu orqanlarında, yeni mediada, İnternet saytlarında, İnternet TV, Fesybuk, Tvitter, İnstagram kimi sosial şəbəkələrdə həyata keçiriləcək layihə, e-nəşrlər, elektron şəbəkə resursu – mini-kitabxana haqqında ekspert rəyləri, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaq, ictimaiyyətin müzakirəsinə buraxılacaq.
Layihə uğurla yekunlaşdırılandan sonra da fəaliyyətlər davam etdirilərək aşağıdakı istiqamətdə işlər həyata keçiriləcək. Davamlı olaraq Qarabağ qəhrəmanlarının tanıtımı istiqamətində İnternetüstü, müxtəlif formalarda fəaliyyətlər daha da genişləndiriləcək və ardıcıl işlər görüləcək. Yaradılacaq sosial şəbəkə resurslarında yenə də bu mövzuda müxtəlif materiallar paylaşılacaq. İnternetdə, elektron kitabxanada, sosial mediada, sosial şəbəkələrdə yeni formatlarda, vətənpərvərlik mövzusunda elektron kitablar, rəqəmsal nəşrlər, eləcə də yeni kreativ materiallar onlayn-oflayn yayımlanacaq, daimi fəaliyyət göstəriləcəkdir. Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş çəxslər haqqında hazırlanacaq elektron kitablardan ibarət virtual sərgi ardıcıl təşkil olunacaqdır. Mütəxəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradılacaq. Gələcəkdə milli-mənəvi dəyərlər və hərbi-vətənpərvərlik ədəbiyyatının müxtəlif istiqamətlərinə aid elektron kitabxanalar, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək resurslar yaradılacaq. Milli Virtual Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı-faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcəkdir. Layihənin növbəti mərhələsi hazırlanaraq donor təşkilatlara təqdim olunacaq.
Ayxan – Hidayət Əbilli,
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin
sədr müavini, yazar-bloqqer