Siyası Online Qəzet

Şəhid ailələrinin görüşü keçirilib

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin ofisində Nərimanov rayon nümayəndəliyinin sədr müavini Nərmin Səfərovanın təşkilatçılığı ilə şəhid Milli qəhrəman ailələri ilə şəhid Vətən müharibəsi qəhrəmanı ailələrinin görüşü keçirilib.
Tədbirdə Nərimanov rayon nümayəndəliyinin rəhbəri Ədhəm Məmmədov, birliyin Ağsaqqallar şurasının üzvü və həmçinin, birinci Qarabağ müharibəsinin qazisi Hacı Qəni Camalzadə, şəhid Milli qəhrəman Kamil Nəsibovun həyat yoldaşı Nailə xanım, şəhid Vətən müharibəsi qəhrəmanı Valeh Bədəlovun həyat yoldaşı Zeynəb xanım, şəhid Vətən müharibəsi qəhrəmanı Rəşad Abdullayevin həyat yoldaşı Gülnar xanım, Aprel döyüşlərinin şəhidi Nurlan Əsgərli və şəhid Vətən müharibəsi qəhrəmanı İntiqam Əsgərlinin anası Ziba xanım, şəhid Vətən müharibəsi qəhrəmanı Adil İbrahimlinin anası Aidə xanım, Vətən müharibəsi şəhidi xtq kəşfiyyatıçısı Əli Seyidovun anası Lalə xanım, şəhid Milli qəhrəman Elxan Zülfüqaroun qardaşı və həmçinin, 1-ci Qarabağ savaşının qazisi Mübari bəy, şəhid Milli qəhrəman Şükür Həmidova həsr olunmuş kitabın müəllifi Pərvanə xanım, 1-ci Qarabağ müharibəsinin qazisi Qabil bəy, şair Zakir bəy iştirak edirdi.
Tədbiri işıqlandırdı media nümayəndələri Mətanət xanım və Nuranə xanım.
Tədbir zamanı 20 yanvar şəhidlərinin timsalında bütün şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Yekunda şəhid Milli qəhrəman ailələri və şəhid Vətən müharibəsi qəhrəman ailələri diplomlarla mükafatlandırıldı.
Sonda isə tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.