Krasnoyarskda diaspor üzvü təltif edilib
Rusiya Federasiyasının Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədr müavini Nəsimi Həsənovun 60 illik yubileyi qeyd edilib. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Rusiya Federasiyasının Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədr müavini Həsənov Nəsimi Əyyub oğlu diaspor sahəsində xidmətlərinə görə və anadan olmasının 60 illik yubileyi münasibətilə “Fəxri fərman”la təltif edilib.
Xatırladaq ki, Həsənov Nəsimi Əyyub oğlu 1963-cü ilin yanvarın 10-da Zəngilan rayonunda anadan olub. 40 ildən artıqdır ki, Rusiya Federasiyasının Krasnoyarsk şəhərində yaşayır. Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Taleh Mahmudovla birgə uzun illərdir diaspor fəaliyyətini yüksək səviyyədə davam etdirirlər. Şəhərin ağsaqqal diaspor üzvlərindən olan Nəsimi Həsənov daimi Vətən üçün könüllü olaraq çalışır. Onu da əlavə edək ki, birinci Qarabağ və 44 günlük Vətən müharibəsində Nəsimi Həsənov da diasporumuzun əksər üzvləri kimi Azərbaycan Ordusuna maddi və mənəvi dəstək göstərib. Nəsimi Həsənov ictimai fəaliyyətlə yanaşı, bizneslə də məşğul olur. “İmperator” restoranının sahibi olaraq soydaşlarımıza və yerli xalqa xidmət göstərir.
“Vetenqehremanlari.az” olaraq Nəsimi Həsənovu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik!