YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsini uğurla reallaşdırır
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dstəyi və “Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Gənclər Təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi” Proqramı – 2.0” çərçivəsində Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” mövzusunda layihəsini həyata keçirir.
2022-ci ilin noyabr-dekabr ayları ərzində həyata keçirilən fəaliyyətlər “Gənclərin əmək bazarının tələblərinə uyğun düzgün peşə və ixtisas seçimi, sahibkarlıq haqqında məlumatlılıq səviyyəsinin artırılması və gənclərin sahibkarlıq fəaliyyətlərinə təşviq edilməsi istiqamətində layihələrin təşkili” bölümü üzrə reallaşdırılır.
YYSİB-dən verilən məlumata görə, innovativ layihə sağlam və fiziki məhdudiyyətli gənclərin müasir İKT aləmində, İnternetdə, sosial şəbəkələrdə, yeni mediada, tətbiqlər və virtual aləmdə açılan fərqli peşələrin (bloqqer, yutuber, PR-çı, tiktoker, şəbəkə istiqamətləndiricisi, yeni media nümayəndəsi) və ixtisasların (İnternet-jurnalistika, sayt rəhbərliyi, elektron ticarət, məsafəli təhsil, virtual kurslar, İnternet-birjalar və s.) populyarlaşdırılmasını özündə ehtiva edir. Bir çox ölkələrdə bu sahənin adamları artıq rəsmi işləyən hesab olunur ki, bu da ümumən ölkədə işsizliyin azaldılmasına xidmət etmiş sayılır. Yeni modern iş imkanlarının bir mərkəzdə birləşdirilməklə, ideya və uğur hekayələri bankını formalaşdırmaqla, mini-startaplar üçün motivasiya alətləri qurmaqla uğur qazanmış şəxslərin yenicə işə başlayan gənclərə praktikvə təcrübi “master-klas”ların keçməsinə çalışılacaq. İnternetin geniş imkanlarından yararlanaraq kreativ-innovativ iş yerlərinin yaraılması təbliğ olunur. Evdən çıxmadan, virtual ofislər yaratmaqla yeni startaplar üçün lazım olan praktik bilgilər ideya bankı rolunu oynayacaq informasiya məkanında açıq istidfadyə yerləşdirilir ki, nəinki respublikamızda yaşayan işsiz, fiziki məhdud gənclər, eləcə də 55 milyonluq diaspor nümayəndələri də ondan bəhrələnək formalaşacaq güclü sosial-iqtisadi, siyasi-ideoloji, maliyyə-resurs imkanlarını Azərbaycanımızın inkişafına yönəldə bilərlər.
XXI əsrdə yaranan yeni innovatv iş yerləri, ortaya çıxan peşə və ixtisaslarla ciddi məşğul olan gənclərimiz ölkəmizin iqtisadiyyatına böyük qatqılar verə bilərlər. 44 günlük Qarabağ müharibəsi zamanı məhz yeni peşə sahiblərinin yararlandığı innovasiyalar (dronlar, smart-döyüş texnologiyaları, daxildə və xaricdə aparılan informasiya savaşı, sosial media və şəbəklələrdəki hərbi-vətənpərvərlik təbliğatı və s.) bir daha sübut etdi ki, müasir zaman tam fərqli, kreativ yanaşmalar tələb edir: formalaşmaqda yeni peşə və ixtisasların peşəkarlaşmasına ehtiyac duyulur.
Bu məsələrdən baş çıxararaq qısa müddətdə lazım olan peşə və ixtisaslara gəncləri hazırlamaq önəmli məsələlərdən biridir. Zaman sürətlənib, beş il bundan əvvəl aktual olan sahələrin ixtisaslı mütəxəssisləri günümüzdə qeyri-populyar ola bilər. Motivasiya verməklə, hər 3 ildən bir yaranan yeni ixtisaslara və peşələrə gəncləri hazırlamaq, həvəsləndirmək, dəstəkləmək vacibdir.
Qarabağa qayıdış proqramı zamanı müxtəlif sahələrdə öz bilik və bacarıqlaını ortaya qoya biləcək Azərbaycandilli yeni innovativ ixtisaslı gənc mütəxəssislər üçün neo-maarifləndirici informasiya-inellektual resursların yaradılması günümüzün tələbidir. Bu istiqamətdə həm startaplar yaratmaq istəyən, həm texniki-peşə məktəblərində oxuyanlar, həm də peşəsini dəyişməklə əlavə yeni bilik və bacarıq qazanmaq istəyənlər, eyni zamanda məsafəli təhsil, evdən öyrənmə və motivasiya bankı formalaşdırmaq da mümkündür.
Azərbaycan əhalisini 60 faizi gənc və cavan sayılan ölkəmizdə postpandemiya və dünyada gedən geo-iqtisadi, geo-siyasi böhran zamanı artan işsizliyi aradan qaldırmaq, beynəlxalq əmək məkanında rəqabətədavamlı yeni ixtisaslı mütəxəsislərin formalaşmasını dəstəkləmək, İnternet sahələrin və imkanlarından bəhrələnərək yeni iş yerlərinin yaradılması, startapların reallaşdırılması, rəqabətə cavab verən qlobal işçi qüvvələrinin formalaşdırılması əsas problemlərdən biridir. Süni zəka, robotlaşma, avtomatlaşma, qlobal sənaye və texnoloji innovasiyalar çağında isə buna çox böyük ehtiyac duyulur. Bu layhə nəticəsində yeni bilik və bacarıqlar əldə edən peşəkarlaşmış işçilər həm də Azərbaycan daxili (Qarabağa qayıdış) və xarici (milli kapitalın investisiya kimi yatırıldığı məkanlarda) ölkələrdə milli işçi qüvvəsi olaraq, iqtisadi siyasətimzin genişləməsinə yararanmağa yardımçı ola bilər.
Layihə fəaliyyətlərində gənclərə nümunə göstərilən müxtəlif uğurlu şəxslər “Uğursuzluq” hekayələrindən çıxış edərək qazandıqları nailiyyətlərin əsas fəlsəfəsini bilgi olaraq başqaları ilə bölüşürlər. Spikerlərin təcrübələri həm də bilgiyə çevrilməsi üçün debatlar və rəngarəng formada təqdim edilir.
Layihə öz fəlaiyyətini əsasən yeni nəslin yararladığı formatda, İKT alətləri, İnternet, yeni media alternativ neo-maarifləndirmə və məsafəli təhsilə istiqamətləməklə layihə sağlam, eyni zamanda fiziki məhdudiyyətli gənclərin müasir İKT aləmində, İnternetdə, sosial şəbəkələrdə, yeni mediada, tətbiqlər və virtual aləmdə açılan rəqabətədavamlı fərqli, kreativ-innovativ peşələrin (bloqqerlik, yutuberlik, PR-çı, tiktokerlik, şəbəkə istiqamətləndiricisi, yeni media nümayəndəsi) və ixtisasların (İnternet-jurnalistika, sayt rəhbərliyi, elektron ticarət, məsafəli təhsil, virtual kurslar, İnternet-birjalar və s.) populyarlaşdırılmasını nəzərdə tutur. BU yöndə həm ənənəvi informasiya-bilgi ötürülməsi (sahəvi-kütləvi toplunun nəşri), həm də innovativ tədris-təhsil metodlarından (virtual peşə kursu, elektron resurs, e-kitablar, motivasiya resursu və İnternet TV proqramlar) yararlanmaq nəzərdə tutulur.
Gənclər, tələbələr, texniki peşə və orta məktəblərinin yuxarı sinif şagirdləri, pandmiyaya görə işsiz qalanlar, startapla məşğul olmaq istəyənlər, məsafəli / virtual təhsil almaq istəyənlər, əlillər, qazlər, fiziki məhdudiyyətlilər, İnternetdən alternativ bacarıqlar əldə etmək istəyənlər və s. layihənin hədəf qruplarını təşkil edir.
Layihənin icra mərhələləri və nəzərdə tutulan fəaliyyətlər:
1. “Biznes-motivasiya” – gənclər üçün innovativ-kreativ fərqli ixtisasların təbliği”nəhəsr olunmuş virtual aksiyaların təşkili üçün layihə komandasının formalaşdırılması, planlı fəaliyyətlərə başlamaq.
- İnnovativ-kreativ fərqli ixtisasların təbliğində uğurlu şəxslərin, yazarları, bloqerlərin iştirakını təşviq etmək. (Mütəxəssislərin, ekspertlərin, təşkilatın üzvləri və könüllülərin iştirakı ilə).
- Mütəxəssislərin, ekspertlərin, təşkilatın üzvləri və könüllülərin iştirakı ilə innovativ-kreativ fərqli ixtisaslar ilə bağlı məqalələrdən ibarət kağız və elektron toplunun nəşri, şəbəkə üçün hazırlanması, yayımı və təqdimatı.
- E-kitabxanada innovativ-kreativ fərqli ixtisaslar ilə bağlı mini-elektron kitablar bölümünü yaratmaq, İKT mütəxəssislərin, ekspertlərin, təşkilatın üzvləri və könüllülərin iştirakı ilə onu zənginləşdirmək, virtual təqdimatların keçirilməsi.
- Uğur əldə etmiş şəxslərin iştirakı ilə silsilə İnternet TV verilişlərin çəkilişi, yayımı, müxtəlif sosial şəbəkə və saytlarda yerləşdirilməsi. İKT mütəxəssislərin, ekspertlərin, təşkilatın üzvləri və könüllülərin iştirakı ilə bu kontent məhsulların İnternetdə azad yaymaqla gənclərin, tələbələrin, məktəblilərin ixtiyarına buraxmaq.
- Yeni İKT formaları – e-kitab, rəqəmsal nəşrlər, audio-vizual (foto-video, sosial media janrlarında), virtual-elektron məhsullar hazırlayıb İnternet saytlarında, videoyayım platformalarında, Feysbukda yaymaq.
- Feysbuk sosial şəbəkəsində “İnnovativ-kreativ fərqli ixtisaslar” iqtisadi-sosial şəbəkə resursu yaratmaq və orada e-kitabların, vizual-virtual məhsulların elektron yayımını ardıcıl aparmaq, rəqəmsal yayımlar, canlı debatlar keçirmək.
- Gənclər arasında innovativ-kreativ fərqli ixtisaslar ilə bağlı kreativ-innovativ aksiyaların təşkil etməklə ölkədaxili mədəni biznesə və beynəlxalq kreativ sənaye və arturizmə dəstək vermək.
- İnternet, Feysbuk, Tvviter, TikTok, elektron kitabxana, Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi, gənclərin, yeniyetmələrin, məktəblilərin intellektual səviyyəsini, peşəkarlıqlarını yüksəltməsinə kömək olmaq.
- Yazılı və elektron KİV, media, İnternet saytları və sosial şəbəkələrdə PR aksiyaları və layihənin işıqlandırmasını təşkil etmək. Hesabatların hazırlanması və təqdimatı, PR və s.
Layihə çərçivəsində gənclərin əldə edəcəyi konkret bilik, bacarıq və vərdişlər:
– Yeni bacarıqlar əldə etmək istəyən yeniyetmələr və gənclər üçün innovativ-kreativ fərqli ixtisasların təbliğinəhəsr olunmuş virtual aksiyaların təşkili üçün layihə komandasının formalaşdırılacaq. Təşkilatın üzvləri, eləcə də hədəf qruplarında aid edilənlər yeni bilik və bacarıqlar əldə edəcəklər.
– İnnovativ-kreativ fərqli ixtisasların təbliğində uğurlu şəxslərin, yazarları, bloqerlərin iştirakını təmin etməklə gnclərə xüsusi motivasiya veriləcək.
– Mütəxəssislərin, ekspertlərin, təşkilatın üzvləri və könüllülərin iştirakı ilə innovativ-kreativ fərqli ixtisaslar ilə bağlı məqalələrdən ibarət kağız və elektron toplun nəşrediləcək, İnternetdə, sosial şəbəkələrdə, elektron kitabxanalarda yayımı və təqdimatı keçirməklə layihənin fəlsəfəsi geniş kütlələr, xüsusən gənclər arasında yayılacaq.
– İnnovativ-kreativ fərqli ixtisaslara yiyələnmək üçün e-kitabxanada mini-elektron kitablar bölümü hazırlanıb gənclərin ixtiyarına buraxılacaq. İKT mütəxəssislərin, ekspertlərin, təşkilatın üzvləri və könüllülərin iştirakı ilə resurs zənginləşdiririləcək, virtual təqdimatlar keçirməklə gənclər üçün virtua – məsafəli təhsil sistemi yaradılacaq.
– Uğur əldə etmiş şəxslərin iştirakı ilə silsilə İnternet TV verilişlərin hazırlanması, yayımı, müxtəlif sosial şəbəkə və saytlarda yerləşdirilməsi mütəxəssislərin, ekspertlərin, təşkilatın üzvləri və könüllülərin iştirakı ilə bu kontent məhsulların İnternetdə azad yaymı gənclərə, tələbələrə, məktəblilərə evdən çıxmadan yeni bilik və bacarıqlara yiyələnmə imkanı qazandıracaq.
– Yeni İKT formaları – e-kitab, rəqəmsal nəşrlər, audio-vizual (foto-video, sosial media janrlarında), virtual-elektron məhsullar hazırlayıb İnternet saytlarında, videoyayım platformalarında, Feysbukda yaymaqla, yeni nəsil nümayəndələri üçün ən qabaqcıl texnologiyalardan yararlanmaqla fərqli resursları inkişaf etdiriləcək.
– Feysbuk sosial şəbəkəsində “İnnovativ-kreativ fərqli ixtisaslar” iqtisadi-sosial şəbəkə resursu yara və orada e-kitabların, vizual-virtual məhsulların virtual yayımını ardıcıl aparmaqla, rəqəmsal yayımlar təşkil etməklə, canlı debatlar keçirməklə gənclər interaktiv İnternet kursuna cəlb olunacaqlar.
– Gənclər arasında innovativ-kreativ fərqli ixtisaslar ilə bağlı kreativ-innovativ aksiyaların təşkil etməklə onlar ölkədaxili mədəni biznesə və beynəlxalq kreativ sənaye və arturizmə cəlb olunacaqlar, yeni iş yerləri yaradacaqlar.
– İnternet, Feysbuk, Tvviter, TikTok, elektron kitabxana, Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi, gənclərin, yeniyetmələrin, məktəblilərin intellektual səviyyəsini, peşəkarlıqlarını yüksəltməsinə nail olunacaq.
– Yazılı və elektron KİV, media, İnternet saytları və sosial şəbəkələrdə PR aksiyaları və layihənin işıqlandırmaqla daha çox gəncə təsir etmək mümkündür ki, ümumi nəticədə yeni nəsil arasında işsizliyin aradan qaldırılması isitqamətində geniş bilgi və bacarıqlar qazanacaqlar.
Layihənin tanıtımı:
Kreativ-innovativ layihə ilə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də təşkilatın öz saytında yerləşdiriləcək.Müxtəlif qurumların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq.
Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimi və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın multi-mədəniyyəti geniş yayılmasına səbəb olacaq. İnternet və sosial şəbəkələrdə, ənənəvi televiziya kanallarında və mətbuatda («Təzadlar», “Ədalət”, “Bakı-xəbər” kimi ölkənin nüfuzlu mətbu orqanlarında, Dünya TV, “Space” TV, YenimediaTV.az İnternet TV-də və digər KİV-də, İnternet saytlarında) kreativ-innovativ layihə, elektron şəbəkə resursu, rəqəmsal nəşrlər, vizual-virtual məhsullar haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.
Layihə başa çatdıqdan sonra əlaqədar qurumlara layihənin nəticələri haqqında ətraflı hesabat-arayış təqdim ediləcək, KİV, İnternet portalarına və geniş ictimaiyyətin nümayəndələrinə geniş məlumatlar, hesabatlar təqdim ediləcək.
Həyata keçiriləcək aksiyalar, fəaliyyətlər və layihə ilə bağlı hesabatlar həm yazılı və elektron KİV-də yayımlanacaqdır. Ölkəmizdə və xaricdə fəaliyyət göstərən pedaqoji-mədəni, ictimai-sosial təsisatların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq. Layihənin təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimatı, tanıtımı və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada yaşayan gənclər arasında geniş yayılmasına səbəb olacaq. Bu mövzuda əldə edilmiş bütün qənaətlərin KİV-də təbliğinin həyata keçirilməsi istiqamətində atılmış önəmli addımlardan biri olacaqdır.
Layihə nəticələri:
1) Bu yeni layihə təşkilatın funksioal inkişafı üçün yeni imkanlar qazandıracaq. Gənclər üçün innovativ-kreativ fərqli ixtisasların təbliğinəhəsr olunmuş virtual aksiyaların təşkili üçün layihə komandasının formalaşdırılacaq. Təşkilatın üzvləri, eləcə də hədəf qruplarında aid edilənlər yeni bilik və bacarıqlar əldə edəcəklər.
2) İnnovativ-kreativ fərqli ixtisasların təbliğində uğurlu şəxslərin, yazarları, bloqerlərin iştirakını təmin etməklə gənclər arasında xüsusi münasibətlərin inkişafına təkan veriləcək.
3) Ekspertlərin, təşkilatın üzvləri və könüllülərin iştirakı ilə innovativ-kreativ fərqli ixtisaslar ilə bağlı məqalələrdən ibarət kağız və elektron toplun nəşrediləcək, İnternetdə, sosial şəbəkələrdə, elektron kitabxanalarda yayımı və təqdimatı keçirməklə layihənin fəlsəfəsi geniş kütlələr, xüsusən gənclər arasında yayılacaq.
4) İnnovativ-kreativ fərqli ixtisaslara yiyələnmək üçün e-kitabxanada mini-elektron kitablar bölümü hazırlanıb gənclərin ixtiyarına buraxılacaq. İKT mütəxəssislərin, ekspertlərin, təşkilatın üzvləri və könüllülərin iştirakı ilə resurs zənginləşdiririləcək, virtual təqdimatlar keçirməklə gənclər üçün virtua – məsafəli təhsil imkanları yaradılacaq.
5) Müxtəlif sahələrdə uğur əldə etmiş şəxslərin iştirakı ilə silsilə İnternet TV verilişlərin hazırlanması, yayımı, müxtəlif sosial şəbəkə və saytlarda yerləşdirilməsi mütəxəssislərin, ekspertlərin, təşkilatın üzvləri və könüllülərin iştirakı ilə bu kontent məhsulların İnternetdə azad yaymı gənclərə, tələbələrə, məktəblilərə evdən çıxmadan yeni bilik və bacarıqlara yiyələnmə imkanı qazandıracaq.
6) Yeni İKT formaları – e-kitab, rəqəmsal nəşrlər, audio-vizual (foto-video, sosial media janrlarında), virtual-elektron məhsullar hazırlayıb İnternet saytlarında, videoyayım platformalarında, Feysbukda yaymaqla, yeni nəsil nümayəndələri üçün ən qabaqcıl texnologiyalardan yararlanmaqla fərqli resursları inkişaf etdiriləcək.
7) Feysbuk sosial şəbəkəsində “İnnovativ-kreativ fərqli ixtisaslar” iqtisadi-sosial şəbəkə resursu yara və orada e-kitabların, vizual-virtual məhsulların virtual yayımını ardıcıl aparmaqla, rəqəmsal yayımlar təşkil etməklə, canlı debatlar keçirməklə gənclər interaktiv İnternet kursuna cəlb olunacaqlar.
8) Gənclər arasında innovativ-kreativ fərqli ixtisaslar ilə bağlı kreativ-innovativ aksiyaların təşkil etməklə onlar ölkədaxili mədəni biznesə və beynəlxalq kreativ sənaye və arturizmə cəlb olunacaqlar, yeni iş yerləri yaradacaqlar.
9) İnternet, Feysbuk, Tvviter, TikTok, elektron kitabxana, Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi, gənclərin, yeniyetmələrin, məktəblilərin intellektual səviyyəsini, peşəkarlıqlarını yüksəltməsinə nail olunacaq.
10) KİV, media, İnternet saytları və sosial şəbəkələrdə PR aksiyaları və layihənin işıqlandırmaqla daha çox gəncə təsir etmək mümkündür ki, ümumi nəticədə yeni nəsil arasında işsizliyin aradan qaldırılması isitqamətində geniş bilgi və bacarıqlar qazanacaqlar.
Layihənin davamlılığının təmin edilməsi istiqamətində nəzərdə tutulan fəaliyyətlər:
– Ardıcıl olaraq bu istiqamətdə İnternetüstü fəaliyyətlər genişləndiriləcək və ardıcıl işlər görüləcək;
– Motivasiyaedici sosial şəbəkə resurslarında davamlı olaraq bu mövzularda müxtəlif materiallar paylaşılacaq;
– İnternetdə, elektron kitabxanada, sosial şəbəkə və yeni mediada kreativ-innovativ biznes, startap, fərqli iş yerləri, virtual təhsillə bağlı e-kitablar, rəqəmsal nəşrlər, eləcə də sosial şəbəkələrdə onlayn-oflayn yayımlanacaq, daimi fəaliyyət göstərəcəkdir;
– Motivasiyayönümlü tele-verilişlərin davamı çəkiləcək;
– Mütəхəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda, İnternet və elektron KİV-də işıqlandırılmasına şərait yaradılacaq;
– Gələcəkdə mövzuya aid sahə elektron kitabxanaları, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək yeni, daha geniş resurslar yaradılacaq;
– Milli Virtual-Elektron resurslar daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı-faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcəkdir;
– Layihənin növbəti mərhələsi hazırlanaraq donor təşkilatlara təqdim olunacaq və s.