Siyası Online Qəzet

Xarici QHT-dən Laçın-Xankəndi yolundakı aksiyaya DƏSTƏK – ÖZƏL

Xarici QHT-lərin Azərbaycanlı həmkarlarının ekoaksiyasına dəstək bəyanatları gəlməkdədir.

QHT.az xəbər verir ki, “Dostluq Körpüləri – Bosniya və Herseqovina” Assosiasiyası Azərbaycan QHT nümayəndələrinin, ekofəalları, gənc könüllülərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasına dəstək ifadə edən bəyanat yayıb.

Bəyanatda deyilir: “Əziz dostlar, Biz dost və tərəfdaş təşkilat olaraq, Qarabağda – Azərbaycanın faydalı qazıntı yataqlarının erməni cinayətkarları tərəfindən qanunsuz istismarına görə Laçın-Xankəndi yolunda Azərbaycan QHT-lərinin ədalətli mübarizəsinə və ekoloji fəallıq səylərinə səmimi dəstəyimizi ifadə edirik.”

 

Ətrafl

 

Qeyd edək ki, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) çağırışı ilə Çexiya, Serbiya, Polşa, Moldova və Bosniya və Hersoqovinadan olan tərəfdaş QHT-lər bəyanat yayaraq, etiraz aksiyasını dəstəklədiklərini və Azərbaycanın əzəli torpağı olan Qarabağda erməni qəsbkarlarının milli sərvətlərimizi talamasını dayandırmağı tələb edirlər.
ADTGT-nin 10 illik partnyoru olan “Dostluq Körpüləri – Bosniya və Herseqovina” Assosiasiyası  Qarabağ həqiqətləri ilə bağlı Avropada müxtəlif dəstək kampaniyaları təşkil edən və hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edən xarici QHT-lərdəndir.