Siyası Online Qəzet

Moskvada Azərbaycanla bağlı üçtərəfli əməkdaşlıq sazişi imzalanıb

Ötən gün Moskvada SSRİ-nin yaranmasının 100 illiyi ərəfəsində Moskva Dövlət Müdafiə Muzeyi,  “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Lənkəran Şəhər Regional Mədəniyyət İdarəsi arasında üçtərəfli Əməkdaşlıq Sazişi imzalanıb.

Müqaviləni imzalayıblar: Muzeyin direktoru Serebrova Yelena Vladimirovna, Muxtariyyətin sədri Kazımov Əli Əliyeviç, Lənkəran Rayon Mədəniyyət Şöbəsi Şahbazov Şahin Yusif oğlu. Tərəflər dostluq mübadilələrinin və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən Böyük Vətən Müharibəsi illərində vuruşmuş azərbaycanlıların xatirəsinin, xüsusilə də iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinin yaşadılması barədə razılığa gəliblər.

İmzalanma səmimi, mehribanlıq şəraitində keçib. Sazişin Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adının verilməsi haqqında SSRİ Ali Sovetinin Fərmanının yüzilliyi ərəfəsində imzalanması əlamətdardır.

Sonda tərəflər kitab mübadiləsi ediblər.