Ramiz Məmmədov: “Veteranların tarixi yaddaşını gənc nəsil üçün saxlamaq lazımdır”
Dekabrın 7-də “Tatarıstan Respublikası Veteranlar İttifaqı” Respublika Veteranlar (Əlillər) İctimai Təşkilatı Komitəsinin sədri general-mayor Borodin Aleksandr İliçin dəvəti ilə “Tatarıstan Veteranlar İttifaqı”nda görüş keçirilmişdir. Görüşdə Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin sədri Ramiz Məmmədov və “Tatarıstan” İctimai Birliyinin sədr müavini Emin Ramazanov iştirak ediblər.
General-mayor Aleksandr İliç ona təqdim olunan “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi” adlı kitaba görə minnətdarlığını bildirib.
Görüşdə İkinci Dünya müharibəsində qələbəyə mühüm töhfə vermiş veteranların, o cümlədən Azərbaycan Qəhrəmanlarının tarixi yaddaşının qorunub saxlanması istiqamətində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Ramiz Məmmədovun qeyd etdiyi kimi, gənc nəsil üçün veteranların tarixi yaddaşını qorumaq lazımdır.
Görüşdə Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin sədri Ramiz Məmmədov adından Azərbaycandan xatirə hədiyyəsi – “Respublika Veteranlar İttifaqı” Respublika Veteranlar (Əlillər) İctimai Təşkilatının sədrinin və sədr müavinin təsviri olan xalça, eləcə də “Birlik” ictimai təşkilatının yubiley albomu təqdim olunub.
Aleksandr Polyakov qonaqlara Veteranlar Muzeyindən eksponatları nümayiş etdirib, qonaqları kitabxana ilə tanış edib.