Siyası Online Qəzet

Şəhid anaları ARMQTİB-nın Nərimanov rayon nümayəndəliyinin ofisində olublar

Noyabrın 28-də Vətən müharibəsi şəhidi Hacıyev Elmazın anası Səxavət xanım və şəhid kapitan Əkbər Pənahovun anası Mayqa xanım Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin ofisində qonaq olublar. Hər iki şəhid anası övladlarının xatirələrini bölüşüblər və həmçinin, onların döyüş yolundan, eləcə də, dövlətin şəhid ailələrinə diqqət və qayğısından bəhs ediblər. Sonda xatirə şəkilləri çəkdiriblər.

Nərmin Səfərova

Vetenqehremanlari.az