Siyası Online Qəzet

                       Güclü dövlət, sosial rifah

Hər bir vətəndaşımız dürüst əməli ilə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara öz töhfəsini verməyə çalışmalıdır

 

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik həyatındakı rolu danılmazdır. Dövlətimizin təməlinin möhkəm olmasında Ulu Öndər Heydər Əliyevin böyük əməyi olub. Azərbaycan dövlətinin müstəqil, möhkəm dayaqlar üzərində qurulması məhz elə Ümummilli Lider Heydər Əliyevlə bağlıdır.

1992-ci ildə Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası (YAP) qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəldib. Bu gün YAP ölkənin ən güclü siyasi təşkilatdır. YAP-ın say və keyfiyyət tərkibi də önəmlidir. YAP günü-gündən güclənir. Çünki bu partiya xalqın maraqlarını ifadə edir. YAP bu gün ölkəmizin hər bir regionunda yerləşmiş, strukturlaşmış, sistemləşmiş bir siyasi qurumdur. Vətəni sevən və xalqına sadiq olan vətəndaşlar bu partiyada toplanıb. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərir. Ulu Öndərin xalqımıza ərmağan qoyduğu YAP 30 il ərzində öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirib. Prezident İlham Əliyev noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbirdə çıxışında partiyanın üzərinə düşən məsuliyyəti qeyd edib: “Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi”. Cənab Prezident bildirib ki, YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra – oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi islahatlar, yeritdiyi siyasət nəticəsində Azərbaycanı bütün dünyaya tanıdan ümummilli lider xalqımızın öz seçimində yanılmadığını sübut etdi. Ümummilli lider respublikamızın möhkəm olması üçün gəldiyi bir neçə ildən sonra “Əsrin kontraktı” neft sazişini imzaladı. Az keçməmiş xalqımız artıq onun bəhrəsini görməyə başladıq. Bunun nəticəsidir ki, bu gün bizim ölkəmiz müstəqil dövlət kimi öz sözünü deməyə qadir ölkəyə çevirilib. Prezident İlham Əliyev çıxşında bu məqqamı da xüsusi vurğulayıb: “Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək”.

Bu gün Prezident İlham Əliyevin fəaliyyəti güclü dövlət, sosial rifah istiqamətində müəyyənləşdirilib. İqtisadiyyatda ciddi islahatlar aparılıb. Real istehsalata, real iqtisadiyyata vəsait yönəldirilib. Ordu quruculuğunun güclənməsinə, təhsilə xüsusi olaraq diqqətin artırılması və əlbəttə ki, insanların sosial müdafiəsinə, sosial reabilitasiyasına, həm də sosial problemlərin qarşısının alınmasına xüsusi diqqət yetirilir. Lakin Cənab Prezidentin dediyi kimi, bu gün hələ də görüləsi işlər çoxdur: “İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə – bütün bunlar gündəlikdə duran məsələlərdir. Dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir. Aparılan iqtisadi islahatlar yaxın gələcəkdə bizə əlavə imkanlar verəcək”.

Hazırda respublikamız region dövlətləri arasında çox fərqlənən dövlətə çevrilib.

Bu gün Azərbaycanda vətəndaşların və sahibkarların qanunla qorunan hüquq və mənafelərini öz şəxsi məqsədləri naminə təhdid edənlərə, onlardan qanunsuz ödəniş tələb edənlərə qarşı dövlət tərəfindən ciddi cəza tədbirləri görülür. Bu tədbirlər Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli siyasi iradəyə uyğun olaraq həyata keçirilir. Hər bir vətəndaşımız dürüst əməli ilə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara, ümumiyyətlə, dövlət başçısının siyasətinə öz töhfəsini verməyə çalışmalıdır.

 

Paşazadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi