Kölndəki Azərbaycan evindən Almaniyada mədəniyyətimizin təbliği adına növbəti bir əsər
Uzun illərdir Almaniyanın Köln şəhərində fəaliyyət göstərən və bölgədə yaşayan azərbaycanlıların ana vətənlərinə bağlı qalması üçün çalışan Alman Azərbaycan Mədəniyyət evi(Aserbaidschanisches Kulturhaus e.V. – Almaniya Azərbaycan Mədəniyyət Evi) sadəcə cəmiyyətdə təşkil olunan azərbaycan dili, ədəbiyyatı və tarixi kursları, təşkil etdiyi irili-xırdalı tədbirlərlə deyil həmdə Azərbaycan Mədəniyyətinin və Mədəniyyət xadimlərinin Almaniyada tanıdılması üçün də bir birindən gözəl çalışmalara imza atmaqdadır. 2021 ci ildə Nizami ili ilə əlaqədar Dr.Orhan Arasın almanca və türkçə yazmış olduğu Alman Ədəbiyyatında Nizami kitabından sonra bu dəfə Mirzə Şəfi Vazeh haqqda bir kitabla Almanlara gerçək Vazeh haqqda bilgilər təqdim etdi. Friedrich Bodensted’in doğulduğu Peine(Hannover) qəsəbəsində bu il heykəli qoyulmuş və adı bir məktəbə verilmişdi. Peine Mədəniyyət mərkəzi ilə əlaqə saxlayan yazar Orhan Aras Azərbaycan mənbələrində Tiflisdə yaşamış Mirzə Şəfi Vazehin gerçək kimliyini anlatan bit kitab hazırlığında olduğunu bildirdi. Kölndəki Azərbaycan evinin dəstəyi ilə hazırlanan kitabda Sovet dövründə Azərbaycanda Mirzə Şəfi haqqda olan araşdırmalardan söz edilmiş və Alman tədqiqatçıları üçün müraciət edə biləcəkləri qaynaqlar göstərilmişdir.
Bildiyiniz kimi Friedrich Bodensted “Mirzə Şəfinin Nəğmələri” kitabının almaniyada çox məşhurlaşdığını və yüzlərlə dəfə çap olunduğunu gördükdə Mirzə Şəfinin özünün ədəbi adının olduğunu iddia etmiş və şeirlərin ona aid olduğunu söyləmişdir.
Alman Azərbaycan Mədəniyyət evi artıq satışda olan kitabdan Friedrich Bodensted’in doğulduğu Peinedəki mədəniyyət evləri, kitabxanalar və məktəblərə göndərərək onların Vazeh haqqda gerçəkləri öyrənməsinə çalışmışdır.