Ölkəmizə qarşı qərəzli münasibətə son qoyulmalıdır
Azərbaycan hər zaman Fransa ilə münasibətlərə xüsusi önəm verib, Parisə dost əli uzadıb. Lakin qarşılığında Fransanın ədalətsiz, haqsız və qərəzli mövqeyi ilə qarşılayıb.
Fransa hökumətinin 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində olduğu heç kəsə sirr deyil. Xatırlayırsınızsa, Fransa Parlamentinin hər iki palatası, hətta Ermənistanın belə tanımadığı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran sənədlər qəbul etmişdi. Bu cür hallar Fransa hökuməti tərəfindən pislənməli və aradan qaldırılmalı olduğu halda, əksinə onlar bu təxribatları dəstəkləyir və ört-basdır etməyə çalışılmışdı.
Ermənistan tərəfindən xarici ölkələrdən, o cümlədən Fransadan şovinist, irqçi və terrorçu muzdluların və əcnəbi terrorçu döyüşçülərin müharibə zonasına gətirilərək Azərbaycana qarşı istifadə edildiyinə dair təkzibedilməz faktlar mövcud olsa da, Fransa hüquq mühafizə orqanları onları istintaqa cəlb etməməklə himayə edib.
Azərbaycan-Fransa münasibətlərinin uzun illər dinamik şəkildə müsbət yöndə inkişaf etməsinə baxmayaraq, İkinci Qarabağ Müharibəsinin başlaması ilə ölkələr arasında diplomatik böhran yaşanmışdı. Fransanın Avropa və Xarici İşlər Nazirliyi bir çox dövlət kimi təmas xəttində atəşkəsin pozulmasını pisləyibneytral bəyanatversə də daha sonra prezident Makron Riqa və Brüsseldə verdiyi açıqlamalarda Türkiyəni Azərbaycanı dəstəklədiyinə görə kəskin tənqid etmiş, müharibənin Azərbaycan tərəfindən başladıldığını və Azərbaycanın münaqişə zonasına Suriyadan muzdlu döyüşçülər gətirdiyini iddia etmiş, Azərbaycanın Dağlıq Qarabağı hərbi yolla geri almaq cəhdlərininqəbul edilməyəcəyinibildirmişdi.
Fransa dövlətinin Azərbaycana qarşı qərəzli münasibətinin kifayət qədər tarixçəsi vardır və hesab edirəm ki, Milli Məclisin Fransa Respublikası Senatının və Milli Assambleyasının, eləcə də bu ölkənin bir sıra siyasi dairələrinin uzun illər davam edən və son dövrdə daha da kəskinləşən açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyətinə qarşı ünvanlanmış Bəyanatı ilə bu münasibətlərə daha açıq gözlə baxılmasına imkan verir. Fransa Senatının 2022-ci il noyabrın 15-də qəbul etdiyi qətnamə və Fransa Milli Assambleyasının bu yaxınlarda səsverməyə çıxarmağa hazırlaşdığı qətnamə Fransa tərəfindən qarşılıqlı öhdəlikləri birtərəfli qaydada pozursa, Azərbaycan tərəfinin də bu öhdəliklərə sadiq qalmasına ehtiyacın olduğu ciddi müzakirə edilməlidir. Hesab edirəm ki, Fransa tərəfinin bu günlərdə Azərbaycan dövlətinə qarşı sərgilədiyi riyakar münasibət beynəlxalq hüquqa ziddir, daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasındakı statusundan sui-istifadədir.
Əminə Ağazadə,
Milli Məclisin deputatı