Siyası Online Qəzet

Vətən müharibəsi şəhidi Elvin İslamovun xatirəsinə həsr edilmiş tennis turniri başa çatıb

Xəbər verdiyimiz kimi, sentyabrın 24-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İdman Tennis Kompleksində Vətən müharibəsi şəhidi Elvin İslamovun xatirəsinə həsr edilmiş həvəskar tennisçilər arasında növbəti turnir – 2-ci “Xatirə Kuboku”na start verilib. İdman Tennis Kompleksi və tərəfdaşlarının birgə təşkil etdiyi turnir sentyabr 27-də başa çatıb. Gərgin keçən yarışda Rzayev Yusif, İsmixanova Sənəm və Dadaşov Fərid qalib olublar.

Turnirin bağlanış mərasimində İdman Tennis Kompleksinin direktoru Əhməd Abbasbəyli idmançıları təbrik edərək onlara növbəti yarışlarda da uğurlar arzu edib. O, belə yarışların davamlı olacağını deyib.

Sonda şəhid Elvin İslamovun atası Elçin İslamov qaliblərə kubok və qiymətli hədiyyələr təqdim edib.