Şəhidlərimizin əziz xatirəsinə ehsan verilib
İyulun 30-də Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin ofisində şəhid baş leytenant Səfərov Hikmətin timsalında bütün şəhidlərimizin ruhlarının əziz xatirəsinə çay süfrəsi ehsanı verilmişdi. Məclisdə birliyin sədr müavinləri, nümayəndə sədrləri, şəhid anaları və həyat yoldaşları, ictimai xadim və yazarlarımız, həmçinin də mətbuat işçiləri iştirak edirdi. Tədbir Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nərmin Səfərova tərəfindən təşkil edilmişdi. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı və şəhid ailələrinə səbr diləyirik.
Nərmin Səfərova
Vetenqehremanlari.az