Siyası Online Qəzet

İqtisadi müstəqilliyimiz əbədidir

 

Bu ilin 15 iyul tarixində 2022-ci ilin ilk ayına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin toxunduğu məsələlərdən biri də ölkəmizin iqtisadi müstəqillik sahəsində həyata keçirdiyi tədbirlərdir. Bildiyimiz kimi, iqtisadi müstəqillik əsas amillərdən biridir, çünki iqtisadi müstəqillik siyasi müstəqilliyi təmin edir. Azərbaycanın iradəsinə isə heç kim təsir edə bilməz.
Azərbaycanda büdcə təkcə neftin qiymətinin artması nəticəsində böyüməyib, eyni zamanda, aparılan islahatlar nəticəsində mümkün olmuşdur. İqtisadi sahədə bu ilin ilk altı ayında aparılan iqtisadi sahədə islahatlar imkan verdi ki, vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal reyslərə keçsinlər və kölgə iqtisadiyyatından əl çəksinlər.
2022- ci ilin ilk altı ayı ərzində iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz və qeyri-neft sənaye sahəsində 11,5 faiz artım olmuşdur. Əhalinin gəlirləri təxminən 20 faiz artmışdır. İnflyasiya 12 faizdən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır. Keçən il iyulun 1-də bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 16,6 faizini təşkil edirdi. Bu da dünya miqyasında ən gözəl nəticələrdən biridir.
Prezident İlham Əliyev müşavirədəki çıxışında aşağıdakılar qeyd etmişdir: “Azərbaycanın enerji imkanları bir çox ölkələr üçün böyük önəm daşıyır. Bu sahədə də işlər planlı şəkildə aparılır. Uzun illər ərzində böyük hazırlıq işləri gedib ki, bərpaolunan enerji növləri Azərbaycanda inkişaf etsin, ilk növbədə, xarici investorlar hesabına. Xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur. İkisi artıq inşa edilir, birinin də – Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir”.
Son bir il yarım ərzində 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaqdır. Bu da əlavə, ölkəmizə 50 meqavat verəcək. Bu da Azərbaycana imkan verəcək ki, biz mövcud olan yüksək gərginlik xətlərlə deyil, elektrik enerjisini daha böyük həcmlə ixrac edək.
Məlum olduğu kimi, Avropa tərəfindən Azərbaycana yeni layihə təqdim edilmişdir. Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və Azərbaycan bu layihəyə maraq göstərir. Bu sahədə çox böyük perspektivlər var. Ayın 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandum imzalandı. Bu da ölkəmizin Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfə kimi dəyərləndiliməlidir.
Ölkəmizdə perspektivli yataqlardan çıxarılacaq qaz həm daxili tələbatı ödəmək, həm ixrac üçün də nəzərdə tutulmuşdur. Hələ ki, bizim ixrac resurs bazamız “Şahdəniz” yatağıdır. Amma yaxın gələcəkdə “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”nin dərin qaz adlandırılan yataqlarından qaz hasilatı da gözlənilir.
Iqtisdi artım nəqliyyat sahəsində də müşahidə olunur. Belə ki, tranzit yüklərin həcmi təxminən 30 faiz, bəzi istiqamətlər üzrə isə, xüsusilə, Şimal-Qərb nəqliyyat dəhlizi üzrə artım 300 faiz olmuşdur. Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır. Gəmiqayırma zavodu tam gücü ilə işləməli və lazımi qədər gəmi, tanker, bərə istehsal etməlidir.
44 günlük müharibədə qazandığımız zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə işlər planlı şəkildə aparılır. İnfrastruktur işləri – artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib. Bütün tender prosedurları keçir, şəffaflıq tam təmin olunur, heç bir inhisarçılıq olmamalıdır.
Qarabağ və Şərqi Zəngəzurla bağlı işlərlə yanaşı ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki ölkəmiz, artıq bütün dünya üzləşib. Əfsuslar olsun ki, Azərbaycan da taxılın idxalından böyük dərəcədə asılı olan ölkədir. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq. Bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkilmiş və əkilməsi nəzərdə tutulmuşdur.
Ölkəmizdə son illər ərzində aparılmış işlərlə Azərbaycan infrastruktur layihələrinin icrası ilə bağlı əsas məqsədlərə çatmışdır. Davos Ümumdünya İqtisadi Forumunun hesabatları nailiyyətlərimizin sübutudur. Azərbaycan təbii qazın ixracatçısı olaraq ölkə daxilində qazlaşmanı 96 faizə çatdırılmışdır. Azad edilmiş ərazilərdə böyük su anbarları və su kanallarının tikintisi, habelə içməli su təchizatı da nəzərdə tutulur. Suvarma məsələləri böyük dərəcədə Kəlbəcər və Laçın su mənbələri hesabına təmin ediləcək.
İnvestisiya mühitinin inkişafı ilə bağlı müsbət təcrübəmiz vardır. Ulu Öndərin yorulmaz səyləri nəticəsində Azərbaycana milyardlarla dollar investisiya cəlb olunmuşdur.
Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizədə yaxşı nəticələr əldə olunsa da, yenə də narahat edən məsələlər mövcuddur. Ölkədə kölgə iqtisadiyyatı olmamalıdır. Ona görə ən qabaqcıl texnologiyalar sayılan uçot, nəzarət və kadrların yerləşdirilməsi daim diqqət mərkəzində olmalıdır. Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq. Ona görə burada bu amillərin vəhdəti olmalıdır.
Aprılan iqtisadi araşdırmalar göstərir ki, son illə ərzində əməkhaqları artmışdır. Belə ki. bu il orta əməkhaqqı 14 faiz, pensiya isə 10 faizdən çox artmışdır.
Nəzərdə tutlmuşdur ki, gələn ilin büdcəsində əsas istiqamət yenə də sosial siyasət olacaqdır. Biz bu sahəyə daim prioritet sahə kimi baxmalıyıq və baxacağıq da.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent