2-ci Fəxri xiyabanda şəhidlər yad edilib
İyulun 14-də Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin rəhbəri Elşən Uluxanlı və rayon nümayəndəliklərinin rəhbərləri 2020-ci il Tovuz döyüşləri zamanı şəhid olan general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ruhlarının əziz xatirəsini yad etmək üçün 2-ci Fəxri xiyabanı ziyarət etdilər. Şəhid general Polad Həşimovun və şəhid polkovnik İlqar Mirzəyevin məzarına gül dəstələri qoyduqdan sonra 2-ci Fəxri xiyabanda dəfn olunan 1-ci Qarabağ savaşı şəhidlərinin də məzarları ziyarət edildi.
Tədbirdə Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin rəhbəri Elşən Uluxanlı, Nərimanov rayon nümayəndəliyinin rəhbəri Ədhəm Məmmədov və İctimaiyyət ilə əlaqələr şöbəsinin rəhbəri Nərmin Səfərova, Xəzər rayon nümayəndəliyinin rəhbəri Elçin müəllim, Nizami rayon nümayəndəliyinin rəhbəri Ozan müəllim, Xətai rayon nümayəndəliyinin rəhbəri, Şəhid Milli Qəhrəman bacısı Fəranə xanım, Suraxanı rayon nümayəndəliyinin rəhbəri və şəhid anası Sevil xanım, Nəsimi rayon nümayəndəliyinin rəhbəri Eldəniz müəllim, Binəqədi rayon nümayəndəliyinin rəhbəri və 1-ci Qarabağ müharibəsinin qazisi Füzuli müəllim, Abşeron rayon nümayəndəliyinin rəhbəri Tərlan müəllim, Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun anası Məleykə xanım, Vətən müharibəsi şəhidi Rəşad Quliyevin anası Mətanət xanım və digər dəyərli insanlar iştirak edirdi.
Tədbir boyunca iştirakçılar və təşkilatlar xatirə şəkilləri çəkdirdilər.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Nərmin Səfərova