Şəhid Hikmət Səfərovun 50 illiyi qeyd edilib
İyulun 11-də 2-ci Fəxri xiyabanda Ağdam şəhidi baş leytenant Hikmət Səfərovun 50 anadan olmasının 50 illiyi qeyd edildi.
Tədbirdə Ağdam rayon icra nümayəndəsi Elxan müəlim, Xətai rayon icra nümayəndəsi Anar müəlim, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin rəhbəri Ədhəm Məmmədov, şəhidin böyük qardaşı, Əməkdar müəllim Şəmsi müəllim, “Vətən bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin müəllim, Əməkdar jurnalist Mətanət Ağamirli, şəhidin bacıları və qardaşları, yaxınları, tanışları və onu sevən insanlar iştirak edirdi.
Tədbir boyunca şəhidin ailə üzvləri və döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşərək şəhidin əziz xatirəsini yad etdilər.
Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər. Tədbirdən sonra şəhidin əziz ruhuna ehsan süfrəsi verildi.
Nərmin Səfərova