Siyası Online Qəzet

Şəhid ailələri və qazilərə göstərilən sosial xidmətlərin sayı BİLİNDİ

“Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin müharibənin şəhidlərinin ailələri, müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirir”.

Oxu.Az-ın məlumatına görə, bunu Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, bu sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edib, onlara 190 min xidmət göstərilib. 

Sədr əlavə edib ki, 2022-ci ilin 5 ayında peşə hazırlığına 1542 vətəndaş cəlb olunub ki, onlardan bir hissəsi də şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçılarıdır.

İlhamə Əbülfət

[ad_2]