Siyası Online Qəzet

Qusarda “İnsan hüquqları aylığı” çərçivəsində görüş təşkil olunub

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Dövlət Təhlükəsizlik Xidmətinin Qusar rayon şöbəsi, rayon icra hakimiyyəti, İnsan Hüquqları üzrə müvəkkilin Quba regional mərkəzi, Qusar Rayon Gənclər və İdman İdarəsi və Qafqaz Müsəlmanları İdarəsinin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi, mənəvi borcumuzdur” adlı tədbir keçirilib.

AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə təşkilatçı qurumların rəhbərləri, əməkdaşları, rayonda yaşayan gənclər, ağsaqqallar və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması ən yüksək səviyyədə dövlət tərəfindən təmin olunur. Azərbaycan Respublikasının Konstitusiyasının əsasını da insan hüquq və azadlıqları təşkil edir. Vurğulanıb ki, Azərbaycan xalqı tarixən insan haqlarında, gender məsələlərində öndə duran xalqlardan olub və bu gün də həmin adət-ənənə yeni nəsillər tərəfindən davam etdirilir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici ədəbiyyat paylanılıb.

AZERTAG.AZ :Qusarda “İnsan hüquqları aylığı” çərçivəsində görüş təşkil olunub

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

[ad_2]