Siyası Online Qəzet

Oxu.az – Zaqatalada güclü külək və leysan fəsadlar törətdi

Zaqatalada güclü külək və leysan bir sıra fəsadlar törədib.

“Qafqazinfo”nun məlumatına görə, axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsinə yağan leysan yağışlar Zaqatalada fəsadlara səbəb olub.

Belə ki, Zaqatala şəhəri Qaladüz adlanan yaşayış massivində külək beşmərtəbəli binanın dam örtüyünün çox hissəsini aparıb.

Rayonun Aşağı Tala və Muxax kəndləri ərazisində irigövdəli ağac aşaraq yolu bağlayıb.

Bir sıra ərazilərdə elektrik naqilləri qırılıb.

[ad_2]