Oxu.az – “Ferrari” komandası bolidin təkərini dəyişməyi azarkeşlərə nümayiş etdirdi
Bu gün “Formula-1” Azərbaycan Qran-prisi çərçivəsində çoxdan gözlənilən “Pit” zolağında yürüş həyata keçirilib.
Oxu.Az xəbər verir ki, yüzlərlə bilet sahibinin həvəslə gözlədiyi yürüş zamanı tamaşaçılar “Pit” zolağında hərəkət etməklə qarajların önündən keçmək, “Formula-1” komandalarının iş prosesini izləmək və dünya şöhrətli pilotları yaxından görmək şansı qazanıb.
“Pit” zolağı yürüşü zamanı “Ferrari” komandası bolidi nümayiş etdirərək, bir neçə saniyədə bolidin təkərini dəyişməyi azarkeşlərə nümayiş etdiriblər. Həmçinin, tamaşaçılara bolid təkərlərinin ağırlığını hiss etmək üçün onu qaldırmaq imkanı da yaradılıb.
Azarkeşlər arasında yarışları izləmək üçün paytaxtımıza gələn turistlər, yerli fanatlar və hətta balaca tamaşaçılar olub. “Formula-1” pilotlarının portretindən tutmuş, sevdikləri komandaların bolidinin rəsmini çəkənə qədər hər kəs tamaşaçılar arasında idi. İki saat davam edən “Pit” zolağında gəzinti vaxtı nümayiş olunanlar böyük maraq və həyəcanla qarşılanıb.
Xatırladaq ki, yalnız bilet sahibləri “Pit” zolağında yürüş yalnız bilet sahibləri üçün təşkil olunub. Bundan başqa bilet sahibləri üç gün ərzində yarışı izləməklə yanaşı, həm də Dənizkənarı Bulvar ərazisinə daxil olaraq əyləncə zonalarında da vaxt keçirə biləcəklər.
[ad_2]