Siyası Online Qəzet

Həmyerlimizin “Babelon gəmisi” romanı Rusiyanın nüfuzlu ədəbi mükafatına layiq görülüb

Bakı, 9 iyun, AZƏRTAC

Əslən bakılı olan rus yazıçısı Afanasi Məmmədovun “Babelon gəmisi” romanı nüfuzlu “Böyük kitab 2022” mükafatının siyahısına düşüb.

AZƏRTAC xəbər verir ki, əsərdə fövqəladə komissiyadan gizlənərək müharibədən əvvəlki Bakıya gəlib çıxan, istedadlı, lakin etibarını itirmiş ədib haqqında bəhs edilir. Qəhrəman tanımadığı bir şəhərdə həyatını təmiz səhifədən başlamaq və eyni zamanda, ən müqəddəs arzusunu yerinə yetirmək – maraqlı və məzmunlu əsər yazmağa çalışır.

Qeyd edək ki, “Böyük kitab” mükafatı Rusiyanın ən məşhur mükafatlarından biridir. Ənənəvi olaraq o, rus dilində yazılmış ən yaxşı romanların müəlliflərinə verilir. “Böyük kitab”ın qalibi olan şəxsə üç milyon rubl mükafat verilir. 2-ci yerin sahibi bir milyon yarım, 3-cü yerin sahibi isə bir milyon qazanır.

Qeyd edək ki, Afanasi Məmmədov 1960-cı il iyulun 24-də Bakıda anadan olub. Bakı İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Bakı Rus Dram Teatrında tərtibatçı rəssam, aviasiya dəstəsində dekorator işləyib. 2003-2007-ci illərdə “Oktyabr” jurnalının icraçı direktoru olan həmyerlimiz 2007-ci ildən “Lehaim” jurnalının buraxılış redaktorudur.

AZERTAG.AZ :Həmyerlimizin “Babelon gəmisi” romanı Rusiyanın nüfuzlu ədəbi mükafatına layiq görülüb

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

[ad_2]