Siyası Online Qəzet

Hindistan səfirliyi Akademik Musiqili Teatrın balet artistlərini mükafatlandırıb

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet artistləri Aynurə Əsgərova və Rəbiyyə Əliveva Hindistanın Bakıdakı səfirliyinin “Bollivud rəqsləri və mahnıları” mövzusunda keçirdiyi tədbirdə fəal iştiraklarına görə mükafatlandırılıblar.

AZƏRTAC xəbər verir ki, hər iki balet artisti 2012-ci ildən Akademik Musiqili Teatrda çalışır. Bu müddət ərzində teatrın bir çox layihələrində, müxtəlif səhnə əsərlərində, eləcə də beynəlxalq tədbirlərdə fəal iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanın milli və dünya rəqslərinin ifaçısı, gənc pedaqoq Aynurə Əsgərova 2012-ci ildə Bakı Xoreoqrafiya Akademiyasının Tam orta məktəbinin “Xalq rəqsləri” şöbəsini bitirib. 2016-2020-ci illərdə Bakı Xoreoqrafiya Akademiyasında təhsil alıb. O, Musiqili Teatrın “Flaminqo”, “Rok-n-roll”, “Gözəllik” rəqsi kimi maraqlı layihələrinin ifaçısı olub.

Rəbiyyə Əliyeva isə 2002-2013-cü illərdə Bakı Xoreoqrafiya Akademiyasının Tam orta məktəbinin “Xalq rəqsləri” şöbəsini bitirib. 2018-ildə Bakı Xoreoqrafiya Akademiyasına qəbul olunub. Hazırda V kurs tələbəsidir.

AZERTAG.AZ :Hindistan səfirliyi Akademik Musiqili Teatrın balet artistlərini mükafatlandırıb

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

[ad_2]