Siyası Online Qəzet

Futbol matçında 60 qol vuruldu, 41-i avtoqol oldu

CAR-da futbol üzrə üçüncü liqada görünməmiş hadisə baş verib.

Oxu.Az xəbər verir ki, iki futbol matçında böyük hesablar qeydə alınıb. 

Belə ki, ikinci liqaya yüksəlmək istəyən “Matiyasi” klubu “Nsami Mayti Börds”lə oyunda 59:1 hesablı qələbə qazanıb. Maraqlısı budur ki, qarşılaşmada “Nsami Mayti Börds” komandası 41 topu öz qapısına vurub. 

Eyni liqada mübarizə aparan “Şivulani Deyncers Tayqers” isə “Kototo Həpi Boys”la görüşdə 33:1 hesabı ilə qələbə qazanıb. Bu oyunda “Kototo Həpi Boys” futbolçuları yeddi avtoqola imza atıb.

Yerli federasiya hər iki matçın danışılmış olduğunu bildirərək komandalara ömürlük futbol qadağası cəzası verib.

[ad_2]