İnformasiya Portalı

Şəhid Milli Qəhrəman Eldar Xəlilovun anası ziyarət olundu

0

2 mart 2026-cı il tarixdə Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədovun və Vətən Qəhrəmanları Cəmiyyətinin təşkilatçılığı ilə Nizami Rayon İcra Hakimiyyətinin Şəhid ailələri və Vətən Müharibəsi İştirakçıları ilə iş şöbəsinin rəhbəri Taleh Aliyev, YAP-ın Nizami Rayon Təşkilatının sədr müavini Rəşadət Xalıqov, Nizami rayon deputatı Əli Əhmədovun köməkçisi Mais Günəşov, Nizami Rayon Bələdiyyəsinin sədr müavini Yeganə Abbasova, Nizami rayon 250 nömrəli tam orta məktəbin direktoru Gulana Aliyeva, Şəhid Milli Qəhrəman Fəxrəddin Şahbazovun həyat yoldaşı Nəsibə xanım, Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon Ağsaqqallar şurasının sədr müavini Bəhri İsmayılov Şəhid Milli Qəhrəman Eldar Xəlilovun anası Tərlan Xəlilovanı ziyarət etdi.

Görüş zamanı Tərlan xanım qəhrəmanımızın uşaqlıq və gənclik illərindən, keçdiyi şərəfli döyüş yolundan,  şəhid ailəsi olaraq Ulu Öndər Heydər Əliyev və  Cənab Prezident İlham Əliyevlə görüşlərinə dair xatirələrini bölüşdü.

Tərlan xanım bu görüşə görə gələn qonaqlara öz təşəkkürünü bildirdi.

Sonda xatirə şəkilləri çəkdirildi.

NƏRMİN SƏFƏROVA

VETENQEHREMANLARI.AZ

Bir cavab yazın

Your email address will not be published.