Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon nümayəndəliyi və Vətən Qəhrəmanları Cəmiyyətinin 250 nömrəli məktəbdə tədbiri
23 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami rayon nümayəndəliyi və Vətən Qəhrəmanları Cəmiyyəti tərəfindən Nizami rayon 250 saylı tam orta məktəbdə “Heç kim unudulmur, heç kəs yaddan çıxmır: Milli Qəhrəmanlar “ adlı tədbir keçirildi.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Eldəniz bəy, Nizami rayon deputatı Əli Əhmədovun köməkçisi Mayis bəy, YAP-ın Nizami Rayon Təşkilatının sədr müavini Rəşadət bəy, Nizami Rayon Bələdiyyəsinin sədr müavini Yeganə xanım, Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon sədri Ədhəm Məmmədov, Vətən Qəhrəmanları Cəmiyyətinin sədri Nərmin Səfərova, Şəhid Milli Qəhrəman Eldar Xəlilovun anası Tərlan xanım, Şəhid Milli Qəhrəman Sadiq Hüseynovun həyat yoldaşı Nəzakət xanım, Şəhid Milli Qəhrəman Əfqan Hüseynovun həyat yoldaşı Leyla xanım, Şəhid Milli Qəhrəman Fəxrəddin Şahbazovun həyat yoldaşı Nəsibə xanım, Şəhid Milli Qəhrəman Rafiq Nəsrəddinovun həyat yoldaşı Sevil xanım, Şəhid Milli Qəhrəman Pəhlivan Fərzəliyevin həyat yoldaşı Sona xanım, Şəhid Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin həyat yoldaşı Fərqiyyə xanım, Şəhid Urfan Vəlizadənin həyat yoldaşı Könül xanım və qızı Zəhra, Şəhid Kənan Süleymanlının Anası Səadət xanım, Şəhid Elvin Abasovun anası Bahar xanım, Şəhid Zakir Cəfərovun anası Kəmalə xanım, qazilər, Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon idarə heyəti və üzvləri, 250 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti iştirak edirdi.



Tədbir məktəbin şagirdləri tərəfindən nümayiş etdirilən həm Xocalı soyqırımının ildönümü ilə əlaqədar, həm də Şəhid Milli Qəhrəmanlarımızın xatirəsinin yad edilməsi ilə bağlı səhnəciklərlə başladı.




Səhnəciklərdən sonra məktəbin direktoru Gülanə xanım öz çıxışı ilə qonaqları salamlayaraq belə bir tədbirə görə Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon sədri Ədhəm müəllimə, Vətən Qəhrəmanları Cəmiyyətinin sədri Nərmin xanıma və tədbir iştirakçılarına öz təşəkkürlərini bildirdi.
Daha sonra Nizami Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Eldəniz bəy, Nizami rayon deputatı Əli Əhmədovun köməkçisi Mayis bəy, YAP-ın Nizami Rayon Təşkilatının sədr müavini Rəşadət bəy, Nizami Rayon Bələdiyyəsinin sədr müavini Yeganə xanım, Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon sədri Ədhəm Məmmədov, Vətən Qəhrəmanları Cəmiyyətinin sədri Nərmin Səfərova, Şəhid Milli Qəhrəman Eldar Xəlilovun anası Tərlan xanım, qazi Ruxsarə xanım çıxış etdi.








Sonda səhnəcikləri nümayiş edən şagirdlər Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon nümayəndəliyi tərəfindən, məktəbin direktoru Gülanə xanım isə VƏTƏNQƏHRƏMANLARI.AZ saytı tərəfindən diplomlarla təltif olundu.





Yekun olaraq tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.


