ŞUŞA İli – Prezidentin sülh və mədəniyyət çağırışı – VƏTƏN QƏHRƏMANLARI.AZ

Cənab İlham Əliyevin ŞUŞA siyasəti

Bəlkə də fərq etməz hər hansı bir əcnəbi üçün Şuşa dünya xəritəsində olan şəhərlərdən adi birisi, Azərbaycana, Qarabağ bölgəsinə aid olan yaşayış məntəqələrindən biri kimi qəbul edilsədə.

Bizim üçün isə Şuşa müstəsna əhəmiyyətli və müqəddəs olmaqla yanaşı və sözün əsl mənasında özəldir.

Bu özəlliyi ən yüksək qiymətləndirən ölkə prezidenti cənab İlham Əliyev məhz 2022-ci ili Azərbaycanda “Şuşa İli” elan etməklə yeni tariximizin, mədəniyyətimizin və sülhpərvər siyasətimizin Şuşa səhifəsinə, Şuşa dövrünə start vermiş oldu.

O yeni tariximizi ki, onu şərəfləndirən də, 100 illərlə nəsillərin qürur və şərəflə yaşada biləcəyi səviyyəyə çatdıran da məhz müzəffər ali baş komandanımız cənab İlham Əliyev olmuşdur.

Şuşanın tarixini, mədəniyyətini, mədəni irsini və yeni simasını bir daha dünyaya çatdırmağın vacibliyini və əhəmiyyətini dərindən bilən cənab prezidentimiz məhz şəhərin 270 illiyi qeyd olunacaq 2022-ci ili ölkədə “Şuşa İli” kimi möhürlədi.

Qısa vaxtda azad olunmuş bütün Qarabağ ərazisində olduğu kimi Şuşada da böyük quruculuq, mədəni və infrastruktur layihə və addımlarına memarlıq edən dövlət başçısı bu qədim şəhərin yeni səlnaməsinin yazılmasının da əsasını qoydu.

Bu gün Şuşa tamam yeni, müasir və müasirliyi qədər də qədim tarixi və mədəni irsini yaşadan bir kimlik almaqdadır.

Şuşa ili bu simanı təkcə zənginləşdirməyəcək, onu dünyaya bir daha Azərbaycan şəhəri kimi, sülh və mədəniyyət mərkəzi kimi tanıdacaq.

Şuşaya 7 dəfə səfər edən Azərbaycan prezidenti bu qədim mədəniyyət beşiyindən bölgəyə, bütün regiona sülh, əmin-amanlıq və birgəyaşayış çağırışları etmiş və Qarabağda yaşayan erməni əhalimizə dövlətimizin təhlükəsizlik qarantiyasını nümayiş etdirmişdir.

Dövlət başçısı Şuşa iliyə eyni zamanda Azərbaycan tarixinin və mədəniyyətinin ayrılmaz bir parçası olan bu qədim şəhərin ölkə miqyasında il ərzində hər kəs tərəfindən qeyd edilməsi maraqlarını təmin etmiş oldu.

Şuşadan hər zaman sülh və mədəniyyət mesajları bəyan edən ölkə prezidenti bu qədim tarixi şəhərin mədəni irsinin də məhz sülhə böyük töhfə verəcəyi qənaətinə gələrək, 2022-ci ildə Şuşa ilinə xüsusi yer və rol ayırmışdır.

Özəl Şuşa

7 il bundan əvvəl rəhbərlik etdiyim QHT-nın xətti ilə 30-dan artıq xarici ölkədən olan tərəfdaş həmkarlarımızla“Şuşaya Azadlıq” beynəlxalq ictimai dəstək kampaniyasına başladığımız zaman da həm yerli, həmdə əcnəbi arenada bizə bu sualı çox ünvanladılar: “Nədir bu şəhərin əhəmiyyəti, özəlliyi ki, siz onun adı ilə ayrıca böyük bir beynəlxalq kampaniya aparırsız, olmaz ki, bu işi Qarabağ tədbirləri çərçivəsində həyata keçirəsiz?”.

Təbii ki, bu suala hazır idik, tutarlı və əsaslandırılmış şəkildə və böyük marağa səbəb olan formada bunu cavablandırdıq və xüsusilədə, əcnəbilər həqiqətən Şuşaya, onun mədəniyyətinə, mədəni irsinə, sülh, tolerant və multikultural genetikasına bağlandılar. Bunun real nəticəsi olaraq həmin ildə artıq tarixin arxivinə qovuşan 8 may işgal günü ərəfəsində 30 Avropa ölkəsinin QHT sədri rəhbərlik etdikləri təşkilatlar adından rəsmi bəyanat verərək, Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalını pisləməklə yanaşı, bu şəhərin zəngin mədəniyyətinin, mədəni irsinin və sülhpərvər təbiətinin ermənilərin vandalcasına dağıtdıqlarını öz ölkələrinin sosial medialarında açıqlayaraq, Bakıda mühüm beynəlxalq toplantıya qatıldılar.

Çoxları və bizlər üçün də hesab olunurdu ki, xaricilərin bu Şuşa sevgisi bəlkədə Bakıya gəlmək, buraları görmək, gəzmək üçün atılan ötəri bir addım olacaq və bir müddətdən sonra maraq itəcək.

Amma səmimi deyim, Şuşa adı, Şuşa fəaliyyəti, Şuşa özəlliyi özünü doğrultdu və davamlı etdi.

Tam ciddiliyi ilə deyirəm heç bir maddi qarşılıq güdmədən beynəlxalq tədbirə qatılan əcnəbi tərəfdaşlarımız 11 Avropa ölkəsində “Şuşaya Azadlıq” kampaniyası təşkil etdilər və özəl Şuşa, onun mədəni dəyərləri və irsinin qorunması üçün çağırışlar etdilər.

Bir maraqlı məqam da o oldu ki, “Şuşaya Azadlıq” beynəlxalq kampaniyası çərçivəsində təşkil etdiyimiz loqo müsabiqəsinin qalibi də Gürcüstanlı QHT rəhbəri oldu və bu fədakar şəxs həqiqətən sanki azərbaycanlı, qarabağlı kimi bu qədim şəhərin mədəniyyətini, mədəni irsini və gözəl Xarıbülbülü və ümumilikdə özəl Şuşanı gözəl təsvir etdi.

Bax budur Şuşanın özəlliyi ki, bizə məxsus olan bu əbədi özəllik artıq bəşəri miqyasa keçib.

Sülhpərvər, birgəyaşayışlı və tolerant Şuşa

270 il bundan əvvəl qədim Azərbaycan Qarabağ xanlığının banisi Pənahəli Xan tərəfindən yüksək bir coğrafi ərazidə şəhər-qala kimi qurulan Şuşanın gözəl və nadir təbiəti ilə yanaşı mədəni və sülh genetikası da Qafqaza və bütün regiona dərin izlərlə hopmuşdur.

Hələ XIX əsrin əvvəllərində baş verən Qacarlar İranı – Çar Rusiyası müharibəsində Şuşa sülh çağırışı ilə hərbi əməliyyatların tez dayandırılmasına və bölgədə əmin-amanlıqla birgəyaşayışın təmin olunmasına dəstək oldu.

Şuşa XIX əsrin 20-30-cu illərində Qacarlar İranı və Osmanlı imperiyasından köçürülən 10 minlərlə erməni ailəsinə böyük mehribanlıqla qucaq açmaqla, onlarla (gəlmə erməni əhalisi ilə) aborigen Qarabağ əhalisinin (Azərbaycan türklərinin) tolerant və sülh şəraitində yaşamasına da tolerantlıq etdi.

Şuşa sülh və birgəyaşayış təminatından da irəli gedərək, erməni əhalisinin Qarabağda yerləşdiyi kiçik kənd və qəsəbə icmalarına xüsusi idarəçilik (məliklik) hüququnu da tanıdı, özüdə XIX əsrdə!

XX əsrin əvvəlində, 1919-cu ildə Şərqdə ilk demokratik və dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağda olan erməni əhalisinin daşnak təhriki ilə üsyan və separatçı çıxışlarının sülh, barış və dinc yolla həllinə yenə Şuşa ev sahibliyi etdi.

Azərbaycanda bolşevik işğalı ilə qurulan sovet respublikasının ilk illərində də Şuşa sülhpərvər, dinc, birgəyaşayış və konsensus siyasətinə sadiqliyini nümayiş etdirdi və Qarabağda erməni və azərbaycanlı əhali üçün yüksək özünüidarəetmə muxtariyyət statusu qazandırdı və güzəşt olaraq öz inzibati mərkəz rolunu da erməni əhalisinin daha çox məskunlaşdığı Xankəndinə ötürdü.

Mədəni və mədəni irsli Şuşa

Şuşanın mədəniyyət, musiqi və mədəni irs mərkəzi olması təkcə Azərbaycana bağlı milli məsələ deyil, o bütün Qafqaza, regiona, Avropaya və dünyaya aiddir,qlobal mədəni sistemdir.

Şuşa ona görə Qafqazın musiqi beşiyi adlanır ki, burada yaranan və formalaşan Azərbaycan Qarabağ muğam və xanəndəlik məktəbi bütün Qafqaz bölgəsində mədəni hakim idi. Bu məktəbin nümayəndələri Qafqazın bütün yaşayış məntəqələrində mədəni irs və dəyərləri gözəl təbliğ edirdilər.

Cənubi Qafqaz Rusiya imperiyasının tərkib hissəsi olduqdan sonra inzibati mərkəz olan Tiflisdə baş verən istənilən mədəni yenilik özünü ilk növbədə Şuşada göstərirdi.

Tiflisdən sonra ilk klassik teatrın Şuşada qurulması da məhz onu Qafqazın mədəni mərkəzinə çevirən amillərdəndi.

Azərbaycan ərazisində müasir tipli ilk ümumtəhsil məktəbinin Şuşada açılması da Qafqaz mədəni və mədəni irs mərkəzi statusunun bu şəhərin etalonu kimi qiymətləndirilir.

XIX əsrdə Avropada ilk hüquq və siyasi elmlər üzrə ali təhsil alan, Qərb dəyərlərini yaşadan və 5 əcnəbi dildə sərbəst danışan Əhməd bəy Ağaoğlunun da Şuşa mədəni məktəbinin nümayəndəsi olmasıdan və Qarabada ilk kitabxananı yaratması da Şuşa mədəni irsimizin zənginliyindəndir.

XIX və XX əsr mütərəqqi Avropa və Qərb dəyərlərinin Şuşa və onun ziyalılarının timsal və fəaliyyətində büruzəsi şəhərin Qafqazın mədəni mərkəzi kimi müqayisə olunmazlığını göstərirdi.

Əsrlərlə məscidlər, İslam abidələri ilə yanaşı, pravoslav və qriqorian kilsə və abidələrinin də bərabər, yanaşı fəaliyyət göstərməsi Şuşanın Qafqazın mədəni irs mərkəzi olması ilə yanaşı bu çoxkonfesiyalı mədəni irsləri qoruyub yaşadan multikultural Azərbaycan şəhəri olduğunu təsdiq edir.

Milli və bəşəri mədəni dəyərləri özündə canlı yaşadan Şuşa kommunist ideoloji basqılarına rəğmən sovetlər dövründə də Azərbaycana rəhbərlik etmiş, Ümummilli lider Heydər Əliyevin böyük xidmətləri ilə Qafqazın mədəni və mədəni irs mərkəzi statusunu qorudu və onu hətta bütün post-sovet məkanına yaydı.

1989-1991-ci illərdə Şuşada keçirilən musiqi festivalı beynəlxalq status alaraq, Sovetlər Birliyi məkanını da adlayaraq dünyanın bir mədəni tədbir hadisəsinə çevrildi.

Mədəniyyətlər paytaxtı Şuşa

Hər zaman mədəniyyətə, mədəni irsə və mədəni dəyərlərin yaşadılmasına böyük önəm verən Azərbaycan xalqı, dövləti və onun rəhbərliyi bu ənənəsini azad Şuşanın timsalında bir daha təsdiq etdilər.

Qafqazın mədəniyyət və musiqi beşiyi olan Şuşanın işğaldan azad olunmasından dərhal sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev bu qədim şəhərin milli və bəşəri mədəni dəyərlərinin qorunması və yaşadılması üçün bütün dünyaya bir çağırış etdi.

Şuşanın, onun mədəni irsinin təkcə Azərbaycan xalqına aid olmadığa səs verən beynəlxalq təşkilatlar dərhal öz qərarlarını açıqladılar:

Şuşa İslam Mədəniyyətinin Paytaxtı elan edildi.

Şuşa Türk Dünyasının Mədəni Paytaxtı elan edildi.

Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtı elan edildi.

Bəlkədə bu siyahıya yeniləri də əlavə olunacaq. Amma ən azından bu məsuliyytli və şərəfli mədəniyyətlər paytaxtı statusunu daşıyacaq Şuşa artıq Azərbaycanın və Qafqazın mədəni mərkəzi sərhədlərini aşaraq böyük mədəni coğrafiya yaratmaqdadır.

Mədəniyyət hər zaman sülhə xidmət edir, illərdir sülhə komponentlik edən mədəni Şuşa təkcə bu statusundan deyil, sülh mərkəzi rolundan da məhrum edilmişdi.

Azərbaycan dövləti və onun prezidenti təkcə xalqımıza deyil, bütün sülhsevər bəşəriyyətə mədəniyyətlər paytaxtı Şuşanı azad qaytardı ki, bu mədəniyyət bundan sonra da yüz illərlə sülhə, təhlükəsizliyə, dinc və mehriban birgəyaşayışa xidmətetsin.

Azadlıq, sülh və mədəniyyət rəmzli “Xarıbülbül”

Məhz Qafqaza məxsus olan endemik “Xarıbülbül” bitkisinin (gülünün) Şuşa ilə bağlılığı təkcə bir təbiət sevgisi deyil, onun böyük mənəvi, mədəni və sülhpərvər əhəmiyyəti və dəyəri 100 illərlə Azərbaycan xalqı tərəfindən yaşadılmaqdadır.

Rəvayətə görə, Şuşa nisgili ilə uzaq bir diyara gəlin köçən Qarabağ xanı qızının arzusuna uyğun “Xarıbülbül” bitkisi gətirilib əkilsədə o başqa torpaqda bitmir və sanki hər ikisi də (xan qızı və gül) qəfəsdə olanlar kimi qısa müddətdə uzaq diyarda tələf olurlar.

Ona görə Azərbaycan xalqı hər zaman “Xarıbülbül”ü azad, Şuşanın rəmzi və bu torpağın əbədi sahibi kimi qorumuş və gələcək nəsillərə də bu ənənəni layiqincə ötürmüşdür.

Azərbaycan xalqı əsrlərlə “Xarıbülbül” deyəndə Şuşanı, Şuşa deyəndə “Xarıbülbül”ü zəncirvari bağlı mədəni bir vahid kimi qəbul etmiş və bu yazılmamış qaydanın pozulması ilə barışmamışdır.

Buna görədir ki, 1992-ci ilin mayın 8-də Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunanda və 28 il şəhər işğalda qalanda Azərbaycan xalqı deyirdi: “Xarıbülbül”ümüz qəfəsdədir, o, öz əzəli sahibini gözləyir, onu azad etsin, azad yaşatsın, ona mədəni həyatı qaytarsın.

Belədə oldu, 28 ildən sonra Azərbaycan xalqı və ordusu, öz məğrur, müzəffər lideri İlham Əliyevin rəhbərliyi altında ölkəmizə qarşı başlanan Ermənistan işğalına qarşı apardığı sülhəməcburetmə əməliyyatı ilə Şuşanı – “Xarıbülbül”ü azad etdi.

Artıq “Xarıbülbül” – Şuşa azaddı, “Xarıbülbül” azad böyüyür, azad açır, azad nəfəs alır və azad da yatır.

Budur “Xarıbülbül”ün əhəmiyyəti, budur “Xarıbülbül”ün mədəni dəyəri.

“Xarıbülbül” Şuşasının sülh çağırışı

İşğal dövründə bütün mədəni və mədəni irs dəyərləri məhv edilən və qanunsuz dəyişdirilən Şuşa yenidən “Xarıbülbül”lə öz əvvəlki və əzəli mədəni statusunu bərpa etməyə başladı.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin qısa vaxtda 7 dəfə Şuşa səfərinə getməsi, çətin iqlim və coğrafi şəraitdə Şuşa mədəni simasının bərpasının aparılması böyük qəhərəmanlıq və mədəniyyətə və mədəni irsə verilən tarixi qiymətdir.

Qafqazın mədəniyyət mərkəzi olan Şuşanın bütün İslam və Xristian mədəni irs abidələrinin yüksək peşəkarlıqla bərpası, şəhərin sülh, birgəyaşayış və multikulturalizm tərzinə sadiqliyinin bir daha göstəricisidir.

Keçən il yenidən təşkil olunan “Xarıbülbül” musiqi festivalı ilə Şuşaya qayıdan çoxmədəniyyətli Azərbaycan bir daha bu barış şəhərindən dünyaya sülh çağırışı etdi.

Cənab İlham Əliyev “Xarıbülbül” festivalında regionda sülh, təhlükəsiz və tolerant qonşuluğun davam etdirilməsinin alternativinin olmadığı aksiomasını irəli sürdü.

Sülh, birgəyaşayış və mehriban dinc yaşamı təbliğ edən “Xarıbülbül” musiqi festivalı Azərbaycanda yaşayan müxtəlif etnik və mədəni qrupların fəal iştirakı bir daha onu təsdiq etdi ki, ölkəmizin erməni əhalisi də bu imkanlardan faydalana bilər.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin də Şuşadan – “Xarıbülbül”dən dünyaya, layiqli vətəndaşlarımız ola biləcək Qarabağ ermənilərinə və mehriban qonşumuz olmaq istəyən Ermənistana da bir daha sülh çağırışı etməklə dövlətimizin bu siyasətə sadiqliyini nümayiş etdirdi.

[ad_2]

Leave A Reply

Your email address will not be published.