Qazi Hacı Qəni Camalzadənin kitablarının təqdimat mərasimi keçirilib – VƏTƏN QƏHRƏMANLARI.AZ



Aprelin 23-də Veteranlar Birliyinin ofisində 1-ci Qarabağ müharibəsi qazisi Hacı Qəni Camalzadənin Azərbaycan tarixi, keçmişi, bu günü və gələcəyi, həmçinin, qəhrəmanları haqqında yazılmış kitablarının təqdimat mərasimi keçirildi. Tədbir Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov, Nizami, Nəsimi, Abşeron və Xəzər rayon nümayəndəlikləri tərəfindən təşkil olunmuşdu. Tədbirdə şəhid milli qəhrəman ailələri və şəhid ailələri, qazilərimiz, deputat Aydın Hüseynov və bir çox ziyalı insanlar, din xadimləri və həmçinin, vətənpərvər xeyriyyəçilər iştirak edirdi.
Təqdimat mərasimində həm yazıçı Hacı Qəni Camalzadənin 1-ci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlardan, həm də bədii fəaliyyətlərindən bəhs edildi.
Bununla yanaşı, heç zaman unudulmayan şəhidlərimizin və Şəhid Milli Qəhrəmanımızın ruhlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və onlarla bağlı xatirələr yada salındı.
Sonda isə tədbir təşkilatçıları və iştirakçıları ilə birgə xatirə şəkilləri çəkdirildi.

Nərmin Səfərova


[ad_2]

Leave A Reply

Your email address will not be published.