Pakistan mediası Edilli faciəsindən yazıb – VƏTƏN QƏHRƏMANLARI.AZ



Pakistanın “Dnd.com.pk” saytında “Ermənistan ordusunun Edillidə törətdiyi insanlıq faciəsi” sərlövhəli məqalə dərc olunub. “Vetenqehremanlari.az” xəbər verir ki, məqalə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Erməni vandalizmi beynəlxalq mediada” layihəsi çərçivəsində yayımlanıb.

Müəllif ermənilər tərəfindən zaman-zaman azərbaycanlılara qarşı qətliamların edildiyi haqda məlumat verərək işğaldan azad olunan ərazilərdə aşkar olunan kütləvi məzarlıqların bunun bir daha sübutu olduğu vurğulayır. Yazıda bu ilin fevral ayının 23-də Azərbaycanın Xocavənd rayonun Edilli kəndində kütləvi məzarlığın aşkarlandığına diqqət çəkilərək Birinci Qarabağ müharibəsi zamanı bu kəndində ermənilər tərəfindən girovluqda saxlanılan 15-20 nəfərin həmin məzarlıqda dəfn olunduğu bildirilir.

Məqalədə işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da belə məzarlıqların mövcudluğu haqqında da danışılır, ərazilərin minalardan təmizləndikcə, məzarlıqların da aşkara çıxarılacağı qeyd olunur.

Məqalədə bu məsələ ilə bağlı Ombudsman Aparatının bəyanatı qeyd olunar və bildirilir ki, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normaları Ermənistan tərəfindən kobud şəkildə pozulub.

Yazıda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə bir qrup QHT sədrinin Edilli kəndinə səfər edərək törədilən bu cinayət əməllərinin və vəhşiliyin izləri ilə tanış olduğu vurğulanır.

 

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

Human tragedy committed by the Armenian army in Edilli


[ad_2]

Leave A Reply

Your email address will not be published.