Yeni WordPress Saytı

İkinci Qarabağ müharibəsi soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin gücləndirilməsinin önəmini bir daha göstərdi. Döyüş meydanında əldə olunan bu qələbələr nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqla Ordunun birliyini və ümumiyyətlə, dünya azərbaycanlılarının həmrəyliyini hamımız bir daha hiss etdik. Dünya azərbaycanlıları Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərində qaldırğı yumruq olub, onun ətrafında birləşdi. Qələbəyə sonsuz iradə, hər bir ölkə sakininin Qələbə naminə özünü qurban verməyə hazır olması işğal olunmuş ərazilərin azad edilməsi üçün yuxarıda deyilənlərə parlaq sübutdur. Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi uğurunda şəhid olan soydaşlarımıza Allah rəhmət etsin! 2021-ci ilin mart ayından fəaliyyətə başlayan “Vetenqehremanlari.az” internet resursunun yaradılma səbəbi, dünyanın harasında yaşamasından və hansı sahədə çalışmasından asılı olamyaraq Vətən naminə uğur qazanan, canını fəda edən soydaşlarımızı tanıtmaq və təbliğ etməkdir. Onların hər biri VƏTƏN QƏHRƏMANIDIR. Azərbaycanın ərazi bütövlüyünün qorunması, dünyada tanınması namimə görülən hər bir iş qəhrəmanlıq nümunəsidir. “Vetenqehremanlari.az” saytı üzərindən keçmiş və müasir dövrümüzdə Azərbaycan ərazilərində baş vermiş müharibələrdə qəhrəmanlıq göstərmiş vətən övladları haqqında məlumat əldə edə bilərsiz. Eyni zamanda saytda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklər, xaricdəki soydaşlarımızın uğurları barədə mütəmadi xəbərlər verilir. Bu mövzularda redaksiyamıza ünvanlan məlumatları dərc etməkdən məmnunuq və əməkdaşlığa hazırıq!