“Erməni vandalizmi beynəlxalq mediada” layihəsi sona çatıb

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən  “Erməni vandalizmi beynəlxalq mediada” layihəsi sona çatıb.

Layihə çərçivəsində Azərbaycan həqiqətləri, işğaldan azad edilmiş ərazilərimizdə erməni vandalizminin ifşası,  o cümlədən bu ərazilərin tarixi-turizm potensialı, erməni yalanları, Vətən müharibəsində ölkəmizin uğurları ilə bağlı ABŞ, Monteneqro, Bosniya və Herseqovina, Pakistan, Misir, Küveyt, Qırğızıstan və Özbəkistan mediasında məqalələr dərc olunub.

Xatırladaq ki, layihənin məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində erməni vandallığı ilə bağlı beynəlxalq aləmi məlumatlandırmaq, Ermənistanın təcavüzkar siyasətini ifşa etmək, dünya ictimaiyyətində Azərbaycan, o cümlədən Qarabağ həqiqətləri haqqında düzgün fikir formalaşdırmaq idi. Həmçinin layihənin məqsədi əcnəbi jurnalistlərlə əməkdaşlığı  gücləndirərək ermənilərin Azərbaycanla bağlı yalan məlumatlarının qarşısını almaq, xaricdə media dayaqlarımızı gücləndirmək və diaspor üzvlərini bu işə təşviq etmək idi.

 

Leave A Reply

Your email address will not be published.