Akademik Opera və Balet Teatrı 🇦🇿 Zəfər konserti

Akademik Opera və Balet Teatrı Zəfərin 5 illiyinə həsr olunmuş təntənəli konsert təqdim etdi.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Zəfərin 5 illiyi münasibətilə möhtəşəm konsert proqramı baş tutdu.

Konsertdə teatrın Simfonik orkestri və xor kollektivi, baş dirijor – Əməkdar artist Əyyub Quliyev, xorun baş dirijoru – Əməkdar incəsənət xadimi Sevil Hacıyeva çıxış etdilər.

Səhnədə xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Fidan Hacıyeva, Gülnaz İsmayılova, əməkdar artistlər İnara Babayeva, Fərid Əliyev, Təyyar Bayramov, həmçinin solistlər Mahir Tağızadə, Atəş Qarayev, Səma Həmzəyeva və Hidayət Əliyev ifaları ilə çıxış etdilər.

Zəfər ruhunu, milli qüruru və klassik musiqinin əzəmətini birləşdirən bu axşam tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılandı.

Əjdər Dadaşov

Comments (0)
Add Comment