Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nizami rayon nümayəndəliyi Nizami Rayon Bələdiyyəsinin sədr müavini Yeganə Abbasovaya Nizami Rayon Bələdiyyəsinin sədr müavini vəzifəsinə təsdiq olunması münasibətilə təbrik etdi.
24 iyun 2025-ci il tarixdə Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon sədri Ədhəm Məmmədovun rəhbərliyi, müavini Nərmin Səfərovanın, təşkilatın Nizami rayon Təbliğat şöbəsinin rəhbəri Aytən Süleymanovanın iştirakı ilə Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon nümayəndəliyi tərəfindən Şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə göstərdiyi diqqət və qayğıya görə Nizami Rayon Bələdiyyəsinin sədr müavini Yeganə Abbasovaya “Təşəkkürnamə” diplomu təqdim olundu.
Təşkilatın Nizami rayon sədri Ədhəm Məmmədov Yeganə xanımı həm Milli Qəhrəmanlar Təşkilatı, həm də Milli Qəhrəman ailələri adından təbrik edərək yeni vəzifəsində yeni-yeni uğurlar arzuladı.
Nizami Rayon Bələdiyyəsinin sədr müavini Yeganə xanım da Nizami Rayon Bələdiyyəsinin hər zaman Şəhid Milli Qəhrəman ailələrinin yanında olduğunu, onları xüsusi diqqətdə saxladığını vurğulayaraq Milli Qəhrəmanlar Təşkilatının ona göstərdiyi bu diqqətə görə minnətdarlığını bildirdi.