27.05.2025-ci il tarixdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Başçısı Coşqun Cəbrayılov cənabları Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədovu və Nizami rayon nümayəndəliyinin sədr müavini, Vətən Qəhrəmanları Cəmiyyətinin sədri Nərmin Səfərovanı qəbul etdi.
Görüş zamanı Coşqun Cəbrayılov cənabları Milli Qəhrəmanların, Vətən Müharibəsi Qəhrəmanlarının Nizami rayon ərazisində təbliğatının aparılması ilə maraqlanaraq Qəhrəmanların gənclər arasında təbliğatının aparılması istiqamətində tövsiyə və tapşırıqlarını verdi.
Sonda isə Nizami Rayon İcra Hakimiyyətinin inzibati binasında Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi qələbəsini əks etdirən fotoşəkillərdən ibarət guşənin önündə xatirə şəkilləri çəkdirildi.