Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin üzvləri bir müddət əvvəl Özbəkistan Respublikasında Gənclər və İdman Nazirliyində keçirilən rəsmi görüşdə iştirak etmişdilər. Görüş zamanı cənab nazir tərəfindən Federasiya Prezidenti Jalə Əhmədovaya özbək milli çapanı hədiyyə edilmişdi.
Hədiyyə Bakıya qayıtdıqdan sonra keçirilən növbəti DAF İclasında İdarə Heyətinin sədri Vasif Namaz tərəfindən Jalə Əhmədovaya təqdim olundu. Federasiya Prezidenti bu diqqəti səmimiyyətlə qəbul edərək, onu Azərbaycan ilə Özbəkistan arasında dostluq və əməkdaşlığın gözəl bir nümunəsi kimi qiymətləndirdi.
Bu addım iki qardaş xalq arasında inkişaf edən humanitar və idman əlaqələrinin bariz göstəricisidir.