2 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədovun tapşırığı və göstərişi əsasında Nizami rayon nümayəndəliyinin heyəti Nizami rayon qeydiyyatında olan Şəhid Əliyev Pərviz Elxan oğlunun ailəsini ziyarət etdi.
Ziyarət zamanı Şəhid Pərviz Əliyevin anası Rəfiqə xanıma Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi adından “Qəhrəman ana” diplomu təqdim olundu.
Bu ziyarətdən məmnun olan Şəhidin valideynləri Milli Qəhrəmanlar Təşkilatına və təşkilatın Nizami rayon sədri Ədhəm Məmmədova öz dərin minnətdarlığını bildirdi.