Bu gün Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Şəhid Vətən Müharibəsi Qəhrəmanlarının xatirəsinə həsr edilmiş jurnalın təqdimat mərasimi keçirildi.
Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı qonaqları və tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan etdi.
Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək dövlət himni səsləndirildi.
Gələn qonaqlar sırasında Millət Vəkilləri Vüqar İsgəndərov, Aydın Mirzəzadə, dövlət rəsmiləri, təşkilatın nümayəndə sədrləri, üzvləri, Şəhid Milli Qəhrəman ailələri, Şəhid Vətən Müharibəsi Qəhrəmanı ailələri, qazilər iştirak edirdilər.
Qonaqlar çıxışlarında Vətən Müharibəsi Qəhrəmanlarının göstərdiyi şücaətdən bəhs edərək torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin adlarının yaddaşlarda bir ömür yaşayacağını vurğuladılar.
Həmçinin, Qəhrəmanlarımızın təbliğatının, xüsusilə də, təhsil ocaqlarında yüksək səviyyədə aparılmasının və bu təbliğatın gələcək nəsillərə də ötürülməsinin hər birimizin borcu olduğunu vurğulayaraq Şəhid Qəhrəman ailələrinə, qazilərə bizlərə bu qələbəni yaşatdıqları üçün bir daha təşəkkürlərini bildirdilər.
Daha sonra Elşən Uluxanlıya bu sahədə uğurlar arzulayaraq bu jurnalın gənclərimizi maarifləndirmə istiqamətində böyük rolu olacağını bildirdilər.
Tədbirin Sonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı qonaqlara və tədbir iştirakçılarına öz təşşəkkürunu bildirərək xatirə şəkili çəkdirdilər.
GÜLNAR ƏLƏSGƏROVA
VƏTƏNQƏHRƏMANLARI.AZ