Şəhid Milli Qəhrəmanın anım günü tədbiri

Bu gün Şəhid Milli Qəhrəman İsmayılov İlqar Sədi oğlunun şəhadətindən daha bir il ötür.

 

İlqar İsmayılov 29 mart 1959 – cu ildə Bakı şəhəri, Nərimanov rayonunda anadan olub. Nərimanov rayon 45 saylı tam orta məktəbdə orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanan Qəhrəmanımız xidmətdən qayıtdıqdan sonra Daxili İşlər Nazirliyində polis vəzifəsində xidmət etmişdi.

1990 – cı illərdə birinci Qarabağ müharibəsinə polis işçisi kimi qatılan İlqar döyüşün ən qızğın mpvqelərində iştirak etmiş, qısa müddətdə düşmənin kabusuna çevrilmişdir.

1 oktyabr 1992 – ci ildə qızğın döyüşlər nəticəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Qəhrəmanımız Bakı şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn edilmişdir.

Bu gün münasibətilə Nərimanov Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Qəhrəmanımızın anım günü tədbir təşkil olunmuşdur. Tədbirdə Nərimanov Rayon İctimaiətinin nümayəndələri, Şəhid Milli Qəhrəman ailələri, Şəhid ailələri, qazilər və bir çox ictimai xadimlər iştirak edirdi.

Qəhrəmanımızın  təhsil aldığı Nərimanov rayon 45 saylı tam orta məktəbin qarşısında yerləşən büstü önündə məktəb Direktoru Pərvanə xanım tərəfindən təşkil olunmuş tədbirdə Qəhrəmanımızın xatirəsi yad edilib.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq Qəhrəmanımıza Allahdan rəhmət, ailəsinə səbr diləyirik.

 

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ

 

Comments (0)
Add Comment