27 sentyabr Anım günü tədbiri

  Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami rayon nümayəndəliyi Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunmuş 27 sentyabr Anım gününə həsr olunmuş tədbirində iştirak etdilər.

 

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və müavinləri, Yeni Azərbaycan Partiyasının Nizami Rayon Təşkilatı, Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon İdarə heyətinin üzvləri, Nizami rayon Şəhid ailələri və qaziləri, həmçinin, bir çox ictimai xadimlər iştirak edirdi.

Tədbir iştirakçıları 27 sentyabr Anım günü münasibətilə “Nizami Rayon Vətən Müharibəsi Şəhidləri abidəsi”- nin önünə toplaşaraq Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrundan canlarından keçmiş bütün Şəhidlərimizin xatirəsini yad etdilər .

Comments (0)
Add Comment