Şahmat Olimpiadası: Kişilər Finlandiyanı, qadınlar Avstraliyanı məğlub edib

Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 2-ci tura yekun vurulub.

 

İdman.biz xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması Finlandiya ilə qarşılaşıb.

 

Qarşılaşma şahmatçılarımızın üstünlüyü ilə keçib. Komandamız dünən olduğu kimi, 3,5:0,5 hesabı ilə qalib gəlib.

 

Qadınlardan ibarət yığma isə Avstraliya ilə üz-üzə gəlib. Təmsilçilərimiz 2 lövhədə qələbə qazanıb, 2 lövhədə heç-heçə qeydə alınıb.

 

İki turdan sonra komandalarımız iki qələbə ilə 4 xalla liderlər qrupunda yer alıblar.

 

45-ci Şahmat Olimpiadası

II Tur, 12 sentyabr

 

Kişilər

Finlandiya – Azərbaycan – 0,5:3,5

Toyvo Keynanen– Aydın Süleymanlı – 0,5:0,5

Vilka Spila – Nicat Abasov – 0:1

Mikael Aqopov – Rauf Məmmədov – 0:1

Henri Ladelma – Məhəmməd Muradlı – 0:1

 

Qadınlar

Avstraliya – Azərbaycan – 1:3

Yuliya Rıjanova – Günay Məmmədzadə – 0:1

Jilin Janq – Gövhər Beydullayeva – 0,5:0,5

Tu Nquen – Xanım Balacayeva – 0:1

Jiayan Şen – Gülnar Məmmədova – 0,5:0,5

 

Qeyd edək ki, kişilərdən ibarət millimiz ilk turda İordaniyaya 3,5:0,5 hesabı ilə qəlib gəlib. Qadınlardan ibarət yığmamız isə Nikaraquaya heç bir şans verməyib – 4:0.

Comments (0)
Add Comment